Təbii qaz bazarı köklü transformasiya prosesinə daxil olur

Bakı, 27 iyun, Nihad Budaqov, AZƏRTAC
Təbii qaz bazarı köklü transformasiya prosesinə daxil olur.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “Gas 2018” illik hesabatında deyilir.
Bildirilir ki, qaz bazarı köklü transformasiya prosesinə daxil olur və qarşıdakı 5 ildə qlobal qaz bazarında 3 əsas dəyişiklik yaşanacaq: Çin yaxın vaxtda ən böyük qaz idxalçısı olacaq, ABŞ mayeləşdirilmiş təbii qaz (LNG) ixracının 75 faizini reallaşdıracaq, sənaye və elektrik enerjisi istehsalında təbii qaza keçiləcək.
Qlobal qaz tələbatının mərkəzi olan Asiya bazarında tələbatın növbəti 5 il ərzində illik orta hesabla 1,6 faizdən çox olması gözlənilir. Beləliklə də, 2017-ci ildə 3 min 740 milyard kubmetr olan qlobal təbii qaz tələbatı 2023-cü ildə 4 min 100 milyard kubmetrə çatacaq. Bunun da üçdəbirini Çinin tələbatı formalaşdıracaq. Ümumiyyətlə qlobal qaz tələbatının artmasında sənaye əsas rol oynayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]