ELM VƏ TƏHSİL
Tələbələrə liderliyin müasir konsepsiyası ilə bağlı bilik və bacarıqlar aşılanmışdır
![Tələbələrə liderliyin müasir konsepsiyası ilə bağlı bilik və bacarıqlar aşılanmışdır](/files/2014/2/1200x630/14087124126438365456_1200x630.jpg)
Bakı, 8 iyul (AZƏRTAC). İyulun 8-də Dövlət Neft Şirkətinin Təlim, tədris və sertifikatlaşdırma idarəsində Bakı Ali Neft Məktəbinin 34 tələbəsi üçün liderlik kursu təşkil edilmişdir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, kurs müddətində dinləyicilərə idarəetmənin mahiyyəti, idarəetmə sisteminin düzgün qurulması, liderliyin müasir konsepsiyası, rəhbərin özünə inamının artırılması, planlaşdırma, özünü qiymətləndirmə, komandada işləmə bacarığı, fəaliyyətin monitorinqi, işçi heyəti ilə ünsiyyət, mübahisələri həll etmək bacarığı, liderliyin dəyərləndirilməsi və digər məsələlər müzakirə olunmuşdur.
Sonda liderlik potensialının qiymətləndirilməsi haqqında sorğu və imtahan keçirilmişdir. Kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə sertifikatlar verilmişdir.