Azərbaycan Dövlət İnformasiya Agentliyi

T.O.Məmmədovaya “Əməkdar jurnalist” fəxri adı verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ”Əsgər” qəzetində çoxillik səmərəli fəaliyyətinə görə polkovnik-leytenant Təranə Oqtay qızı Məmmədovaya “Əməkdar jurnalist” fəxri adı verilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 mart 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin