TOQO RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB QNASİNQBE EYADEMAYA
Hörmətli cənab Prezident,
Toqo Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün Toqo xalqını təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı münasibətlərin inkişafı xalqlarımız üçün faydalı olacaqdır.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Toqo xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 aprel 2002-ci il