REGİONLAR
Tovuzda prokurorluq işçiləri peşə bayramlarını qeyd ediblər
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanında Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, rayon prokuroru, baş ədliyyə müşaviri Fəxrəddin Məmmədov və başqaları prokurorluq işçilərini peşə bayramları münasibətilə təbrik edərək, ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə qazanılan mühüm nailiyyətlərdən danışıblar. Prokurorluq işçilərinin bu sahədəki fəaliyyəti və qanunçuluğun qorunmasında rolu yüksək qiymətləndirilib.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşıb, onların sosial və maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Məhz Ulu Öndərin təşəbbüsü ilə prokurorluq işçilərinin peşə bayramı günü təsis edilib. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə bütün hüquq mühafizə orqanları, o cümlədən prokurorluq öz inkişaflarının məzmunca və keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.
Sonra prokurorluğun əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət ediblər və burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olublar.