Azərbaycan Dövlət İnformasiya Agentliyi

Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Kristin Karla Kanqaludan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

28 May – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Trinidad və Tobaqo Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Zati-aliləri, Sizə şəxsi rifah, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Kristin Karla Kanqalu

Trinidad və Tobaqo Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin