“Turetski xoru” Bakıda çəkdiyi fotoşəkilləri paylaşıb
Moskva, 11 oktyabr, AZƏRTAC
“Siz bilirdinizmi ki, “Brilyant əl” kinofilminin ən maraqlı səhnələrindən biri Bakıda çəkilib? Bu gün konsertdən əvvəl şəhərdə gəzişərkən Yuri Nikulinin və Andrey Mironovun qəhrəmanlarının “Çyort poberi” deyə qışqıraraq yıxıldıqları yerdə olduq. Əlbəttə, xatirə üçün bir neçə fotoşəkil çəkdik”.
Rusiyanın “Turetski xoru” musiqi qrupu bu sözləri instaqramda öz mikrobloqunda yazıb.
AZƏRTAC-ın artıq xəbər verdiyi kimi, oktyabrın 10-da “Turetski xoru” Bakıda, Heydər Əliyev Mərkəzinin səhnəsində çıxış edib. Anşlaq şəraitində keçən konsertə gələnlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da vardı.
Art-qrup konsert proqramında öz repertuarının ən məşhur kompozisiyalarını təqdim edib. Qrupun üzvləri konsertdən əvvəl Bakını gəzməyə çıxıb, bir neçə xatirə fotoşəkli çəkib və onları öz abunəçiləri ilə paylaşıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva