ELM VƏ TƏHSİL
Türk Standartları İnstitutunun prezidenti Bakı Ali Neft Məktəbində
Bakı, 28 oktyabr, AZƏRTAC
Türk Standartları İnstitutunun (TSİ) prezidenti Sebahittin Korkmaz, TSİ-nin baş katibi Mehmet Bozdemir və bu ali təhsil ocağının Azərbaycan üzrə təmsilçisi Selim Çelebi Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, rektor Elmar Qasımov İSO-nun üç modulu üzrə beynəlxalq sertifikata sahib olan ali məktəbdə bütün beynəlxalq standartların tətbiq edilməli olduğunu bildirib. O, BANM-in bu istiqamətdə TSİ ilə əməkdaşlığının vacib olduğunu vurğulayıb.
TSİ-nin prezidenti Sebahittin Korkmaz BANM-in qısa müddətdə beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini yüksək qiymətləndirib, qarşılıqlı əməkdaşlığın inkişaf etdiriləcəyindən əminliyini ifadə edib.
S.Korkmaz informasiya təhlükəsizliyi ilə bağlı TSİ-nin təlimlərinin vacibliyini vurğulayıb.