SİYASƏT
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası beynəlxalq əlaqələrini gücləndirir
Ankara, 4 oktyabr (AZƏRTAC). Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasından (TÜRKKON) AZƏRTAC-a bildirmişlər ki, şuranın İstanbuldakı Baş katibliyində Şanxay Əməkdaşlıq Təşkilatının regional antiterror mərkəzinin direktoru Jenisbek Jumanbekov və Asiyada Əməkdaşlıq və Etimad Artırıcı Tədbirlər Konfransının icraçı direktorunun müavini Kanat Timuş ilə görüş keçirilmişdir.
TÜRKKON-un baş katibi Xəlil Akınçı qonaqlara təşkilatın son illərdə türk dünyası xalqları arasında inteqrasiyanın gücləndirilməsi sahəsində atdığı mühüm addımlardan bəhs etmiş, təşkilatlar arasında terrorizmə qarşı mübarizə üzrə əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
X.Akınçıya Asiyada Əməkdaşlıq və Etimad Artırıcı Tədbirlər Konfransının fəaliyyətinə verdiyi töhfələr üçün təşkilatın xatirə medalı təqdim edilmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri,
Ankara