Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

TÜRKİYƏ, AZƏRBAYCAN VƏ GÜRCÜSTANIN DÖVLƏT BAŞÇILARININ ZİRVƏ GÖRÜŞÜ
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TRABZONA SƏFƏRİ

Aprelin 30-da Trabzondakı “Zorlu Qrand” mehmanxanasının “Authentinq” salonunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin, Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin, Gürcüstan Prezidenti Eduard Şevardnadzenin iştirakı ilə “Terrorizmə, mütəşəkkil cinayətkarlığa və digər ağır cinayətlərə qarşı mübarizə haqqında Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında saziş”in imzalanma mərasimi oldu. 

Sənədi Azərbaycanın daxili işlər naziri Ramil Usubov, Türkiyənin daxili işlər naziri Rüştü Kazım Yucelen, Gürcüstanın daxili işlər naziri Koba Narçemaşvili imzaladılar.

Sonda prezidentlər və daxili işlər nazirləri birlikdə xatirə şəkli çəkdirdilər.

X X X

İmzalanma mərasimindən sonra elə həmin salonda Azərbaycanın, Türkiyənin və Gürcüstanın dövlət başçılarının birgə mətbuat konfransı oldu. Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze bəyanatla çıxış etdilər.

Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

X X X

Aprelin 30-da Prezident Heydər Əliyev, Prezident Əhməd Necdət Sezər, Prezident Eduard Şevardnadze böyük öndər Mustafa Kamal Atatürkün Trabzondakı köşkünü və muzeyini ziyarət etdilər.

X X X

Elə həmin gün dövlət başçıları Trabzondakı dövlət su işləri təsislərinə gedərək, bu müəssisənin işi ilə tanış oldular. Sonra Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin adından Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin şərəfinə rəsmi qəbul təşkil edildi.

SƏFƏR BAŞA ÇATDI

Rəsmi qəbuldan sonra Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze hava limanına gəldilər. Ali qonaqları burada Türkiyə dövlətinin başçısı qarşıladı. Prezidentlər hava limanında birgə görüş keçirdilər.

Görüşdən sonra respublikamızın rəhbəri Bakıya yola düşdü. Trabzon hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Heydər Əliyev və Prezident Əhməd Necdət Sezər Türkiyə və Azərbaycan nümayəndə heyətlərinin üzvləri ilə səmimiyyətlə görüşdülər. Prezidentlər fəxri qarovul dəstəsinin önündən keçdilər.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər təyyarənin pilləkəni yanında mehribanlıqla görüşüb sağollaşdılar.

Azərbaycan Prezidenti Heydər Əliyev elə həmin gün Bakıya gəldi.

X X X

X X X

Prezident HEYDƏR ƏLİYEV Binə hava limanında jurnalistlərə müsahibə verdi:

- Trabzon zirvə görüşünün gedişi və yekunları, güman edirəm ki, sizə məlumdur. Çünki televiziya vasitəsilə hamısı verilibdir. Ona görə də bu barədə sizə əlavə məlumat verməyə ehtiyac yoxdur. Ancaq onu qeyd etmək istəyirəm ki, bu, çox əhəmiyyətli görüş idi. Üç ölkənin - Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin zirvə görüşünün məqsədi bizim bölgədə bir neçə əsas sahələrdə əməkdaşlığı gücləndirməkdən ibarətdir. Bunlar beynəlxalq terrorizmlə mübarizədir, bölgənin təhlükəsizliyinin təmin olunmasıdır və Şərq-Qərb enerji dəhlizinin, yəni Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin mühafizəsi, təhlükəsizliyinin təmin edilməsidir. Əsasən bu məsələlər bizim toplaşmağımıza, belə bir regional əməkdaşlıq etməyimizə səbəb olmuşdur. Bu təşəbbüsü Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Əhməd Necdət Sezər irəli sürmüşdü. Orada bəyan etdim, bu gün bir daha deyirəm ki, bu, çox dəyərli təşəbbüsdür və mən görülən işlərdən də çox məmnunam.

SUAL: Cənab Prezident, təkbətək görüşlərdə hansı məsələlər müzakirə olundu?

CAVAB: Təkbətək görüşlərdə, təbiidir ki, birinci növbədə iki ölkə arasında olan münasibətlər, bütün sahələrdə - həm iqtisadi, həm də başqa sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə söhbət getdi, habelə yenə bölgəmizdə olan vəziyyəti təhlil edib fikir mübadiləsi apardıq.

SUAL: Dağlıq Qarabağ məsələsinə toxunuldumu?

CAVAB: Bəli, Dağlıq Qarabağ məsələsinə toxunuldu. Həm Əhməd Necdət Sezərlə, həm də Eduard Şevardnadze ilə mənim görüşlərimdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında söhbət getdi və xüsusən Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezərlə bu barədə çox ətraflı danışdıq. Çünki, bilirsiniz ki, Türkiyə Minsk qrupunun üzvüdür və bu qrupun həmsədrləri axırıncı dəfə bölgədə olandan sonra Ankaraya getmişdilər, Türkiyənin Prezidenti və başqa şəxslərlə də görüşmüşdülər. Aparılan işlər, vəziyyət haqqında məlumatlar vermişdilər.

Bundan əlavə, Ermənistan-Azərbaycan münaqişəsi baş verəndən Azərbaycanı birmənalı dəstəkləyən bir ölkədir. Tək dəstək vermək deyil, o, bəyan edib, bu gün də bu bəyanatında qalır və Türkiyənin Prezidenti bunu yenə də təkrar etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmayana qədər, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmayana qədər, bu torpaqlar işğaldan azad olunmayana qədər Türkiyə Ermənistanla sərhədlərini açmayacaq və heç bir əməkdaşlığa getməyəcəkdir.

SUAL: Cənab Prezident, Reykyavikdə Türkiyə, Azərbaycan və Ermənistan görüşünü keçirməkdə məqsəd nədir?

CAVAB: Reykyavik görüşü Türkiyə tərəfinin, onların təşəbbüsü ilə olacaqdır. Biz də ona etiraz etməmişik. Ola bilər ki, hər bir görüşün əhəmiyyəti olsun.

SUAL: İmzalanan sənəddə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məsələ öz əksini tapdı. Son vaxtlar Dağlıq Qarabağın adı bu məsələdə çox tez-tez hallanır. Bununla bağlı Dağlıq Qarabağda fəaliyyət necə tənzimlənəcək?

CAVAB: Bilirsiniz, bu, çox mürəkkəb məsələdir. Bu barədə bir şey demək olmaz.

SUAL: Neft kəmərlərinin mühafizəsində hər bir ölkə öz ərazisindən keçən hissəyə cavabdehdir. Ola bilərmi ki, hansısa ölkə məsələn, Gürcüstan çətinlik çəksə, Azərbaycan və Türkiyə ona kömək göstərsinlər?

CAVAB: Siz niyə qabağa qaçırsız? Biz orada razılaşmışıq ki, hər ölkə öz ərazisində kəmərlərin təhlükəsizliyini təmin edəcəkdir. Mən güman edirəm ki, hər bir ölkə bu təhlükəsizliyi təmin etməyə qadirdir. Biz əməkdaşlıq edirik, əgər, şayət, nə vaxt, nə isə olsa, onda bu məsələləri həll edəcəyik. İndidən bu məsələni ortaya atmağa ehtiyac yoxdur.

SUAL: Cənab Prezident, Rusiyanın ATƏT-in Minsk qrupundakı keçmiş həmsədri Vladimir Kazimirov bildirib ki, Ermənistan və Azərbaycan prezidentlərinin xüsusi nümayəndələrinin Praqada keçiriləcək görüşləri kifayət qədər əhəmiyyətlidir. Buna münasibətiniz necədir?

CAVAB: O, öz fikrini bildiribdir. Biz isə başqa fikirdəyik.

SUAL: Cənab Prezident, Yunanıstan Azərbaycan qazının Türkiyə ərazisindən öz ölkəsinə və oradan da Avropaya nəql edilməsini təklif etmişdi. Siz cənab Sezərlə görüşünüzdə bu məsələyə toxundunuzmu?

CAVAB: Ay qızım, bunların hamısı, gələcəyin işləridir. Gəlin, əvvəlcə biz Azərbaycan qazını Türkiyəyə aparıb çatdıraq, Türkiyəni istənilən qədər təmin edək, Türkiyəyə qaz nəql etmək imkanlarımız artsın, sonra, əlbəttə, bizim fikrimiz gələcəkdə Avropaya çıxmaqdır. Ola bilər ki, Yunanıstan da bu sırada olsun. Amma bu, çox uzaq gələcəyin işidir. Başınızı belə şeylərlə ağrıtmayın.

SUAL: Cənab Prezident, Ankarada Azərbaycan səfirliyinin yeni binasının açılışı nə vaxt olacaq?

CAVAB: İnşallah, bu yaxınlarda olacaq.

Hörmətli jurnalistlər, görürəm, sizin əməlli suallarınız yoxdur. Sual naminə sual vermək lazım deyildir. Mən, sadəcə, sizə məsləhət görürəm ki, belə görüşlərə gələndə əvvəldən hazırlaşın, hərəniz bir yaxşı sual hazırlayın. Onda doğrudan da məzmunlu, günün tələbinə çox aid olan sual verən jurnalist kimi görünərsiniz. Bu da o məsələ barədə sizə geniş məlumat verməyə imkan yaradacaqdır. Amma elə suallar verirsiniz ki, bunlara aldığınız cavabı da görürsünüz. Ona görə də siz bundan o qədər faydalana bilmirsiniz. Sağ olun.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyevi Binə hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC

Foto Y.Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bələdiyyələrin idarəçiliyində gənclərin rolu” mövzusunda dəyirmi masa təşkil edilib

Millətlər Liqası: Polşa Xorvatiyanı, Şotlandiya Portuqaliyanı sınağa çəkəcək

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

COP29 ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında kimlər dayanır? – “EU Today”də məqalə

“BilBacar” müsabiqəsinə start verilib

Naxçıvanda bu ilin 9 ayında 17 min 487 nəfər sosial müavinətlə təmin edilib

Azərbaycanın U-21 millisi bu gün İngiltərə ilə üz-üzə gələcək

Beynəlxalq Azadlıq Cəbhəsinin bəyanatı: Kanakidən sonra Martinikadakı üsyan təsadüfi deyil

DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb

Bakıda yol kəsişməsində yaranan nəqliyyat ləngiməsi aradan qaldırılıb

BVF: Bu il qlobal dövlət borcu 100 trilyon dolları ötəcək

Şəhid ailələri işğaldan azad olunan rayonlara səfər ediblər

Albaniya parlamentinin sədrinə Bakıda keçiriləcək Parlament Konfransı barədə məlumat verilib

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 78 dollara qədər azalıb

Əmək müqavilələrinin sayı artıb

Vəkil köməkçilərinə vəkilliyə qəbul imtahanı ödənişində güzəşt olunacaq

AZƏRTAC ilə “China Daily” əməkdaşlıq müqaviləsi imzalayıb

TÜBİTAK BİLGEM Mərkəzinin rəhbəri: Azərbaycanda çox güclü riyaziyyat və fizika mütəxəssisləri var

DİN: Ötən gün 33 cinayətin üstü açılıb

İlqar Musayev: Süni intellekt kibermüdafiə strategiyamızı gücləndirmək imkanı verir

“Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” mövzusunda təlim proqramına start verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun qərargahında olub

Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri ilə görüş keçirilib

BDU-nun 10 tələbəsi “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2024”ün qalibi olub

Prezident İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider

Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix

Peru mətbuatında Azərbaycanın zəngin mədəniyyəti barədə xəbər dərc olunub

Avropa İttifaqı Dünya İqlim Konfransı üçün hədəflərini müəyyənləşdirib

Azərbaycan Kiyev vilayətində daha bir sıra bərpa layihələrinin həyata keçirilməsi imkanını nəzərdən keçirir

Alimlər iqlim dəyişikliyinin gələcəyini proqnozlaşdırmaq üçün Yerin “rəqəmsal əkizini” hazırlayıblar

"Azərreyl" klubunun prezidenti: Əldə olunan nəticə Azərbaycan voleybolu üçün böyük uğurdur

Kosmik komet Yerə yaxınlaşır

Avropada gənclərin rifahının aşağı düşməsinin arxasında nə dayanır? - ARAŞDIRMA

Millətlər Liqası: Türkiyə və İtaliya 4 topla qalib gəlib

"Azərreyl"in meneceri: Çətin tapşırığın öhdəsindən üzüağ çıxmağı bacardıq

Dəmiryol vağzalında keçirilən aksiya çərçivəsində 50 pasiyent müayinə olunub

Avropa Kubokunun qalibi olan "Azərreyl"in qadın və kişilərdən ibarət komandaları Vətənə qayıdıblar

Ərdoğan: Türkiyə zəlzələlər zamanı Azərbaycanın köməyini unutmayacaq

Berlin Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlüyünə dair növbəti Zirvə toplantısına ev sahibliyi edib

Günəş sistemindəki ən böyük fırtına gözlənilmədən hərəkət edir - TƏDQİQAT

Astanada sovet və Rusiya ali məktəblərinin məzunlarının forumu keçirilib

Ərzincanda türk diasporu ilə qarşılıqlı fəaliyyət siyasəti müzakirə olunur

Fernandu Santuş: Emrelinin qırmızı vərəqə alması oyunun qırılma nöqtəsi oldu

“Axios”: Seçkilər yaxınlaşdıqca Bayden və Harrisin komandaları arasında gərginlik artır

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib YENİLƏNİB-3

ADA Universitetində “Bir Yurdun Manifesti gəncliyin gözü ilə” adlı rəsm sərgisi keçirilib

Odessa limanına hücum edilib: gəmilər zədələnib, ölən var

Şəhid anası: Ermənilər oğlumun cəsədini yalnız benzinin əvəzində verə biləcəklərini dedilər

Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxış edib

Milli Məclisin sədri: İnnovasiya Azərbaycanın inkişaf gündəliyində mühüm yer tutur

Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək

Azərbaycan Qazaxıstandan ən populyar 10 hava istiqaməti arasında yer alır

İctimai Birlik sədri: Dünyaya səslənirik, itkin düşən doğmalarımızın taleyinə aydınlıq gətirməsi üçün Ermənistana təzyiq göstərilsin

ADNSU-da “Dayanıqlı yaşıl gələcək üçün standartlar” mövzusunda II Beynəlxalq elmi-praktik simpozium keçirilib

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

Ombudsman: Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalıdır

Türkiyə Böyük Millət Məclisinin üzvləri “Fəxri ağsaqqal” döş nişanı ilə təltif olunublar

® “Azercell” yaşıl baza stansiyalarının sayını artırır

İdman dırmanması üzrə Açıq Respublika Turniri keçirilib

AZPROMO və Azərbaycan Françayzinq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı gənclərdən ibarət elmi komanda təmsil edir

Millətlər Liqası: Azərbaycan və Slovakiya yığmalarının start heyəti açıqlanıb

Azərbaycan 75-ci Beynəlxalq Astronavtika Konqresində təmsil olunur VİDEO

Bakı Dövlət Universitetində “Qarabağ günü”

İran parlamentinin sədri: Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət veririk

“İqlim dəyişikliyi və ekosistemlərin dayanıqlılığı: təhdidlər, çağırışlar, həllər” - elmi sessiya

AQTA nümayəndə heyəti Rusiyada səfərdədir

Britaniya İrana qarşı yeni sanksiya paketi elan edib

Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün müraciətin vaxtı uzadılıb

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 4 medal qazanıblar

Gürcüstan müxalifəti ölkədə saxta inqilab ssenarisi hazırlayır

Prezident İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Numan Kurtulmuş: Zəngəzur dəhlizinin açılması Türk dünyasına böyük imkanlar yaradacaq

Qərb Gürcüstanın daxili işlərinə kobudcasına müdaxilə edir, iğtişaşlar üçün zəmin hazırlayır - ŞƏRH

Britaniyalı gənc İspaniyada sosial media üçün video çəkərkən həyatını itirib

Yeni qəbul olmuş tələbələr ADPU-nun Heydər Əliyev Mərkəzində

Rəsədxana: Oktyabrın 15-16-da geomaqnit qasırğası gözlənilir

Keniyalı atlet inanılmaz dünya rekordu qırıb

Slovakiya yığmasının məşqçisi: Azərbaycan millisi güclü və keyfiyyətli komandadır

“Qəbələ”nin baş məşqçisi: Heç kim deyə bilməz ki, I Liqada çempion olmağımız asan başa gələcək

“Hökumətlərarası Təqaüd Proqramları” çərçivəsində 14 xarici tələbə BDU-da təhsil alacaq

Qərb Gürcüstanda “marionet” hakimiyyət formalaşdırmağa çalışır ŞƏRH

KOBİA-da vətəndaşlarla görüş keçirilib

Beynəlxalq forumda “ASAN xidmət”in süni intellekt strategiyası barədə məlumat verilib

“Massiv ulduzların təkamül xüsusiyyətləri” – rəsədxanada ustad dərsi

Milanda 75-ci Beynəlxalq Astronavtika Konqresi keçirilir

COP29 zamanı ölkə qastronomiyasının təbliği ilə bağlı layihələr nəzərdə tutulub

Bakının daha bir küçəsində yeni parklanma məntəqəsi qurulub

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub

“Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq-mühafizə tədbirləri” layihəsi davam edir

“Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib VİDEO

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib  YENİLƏNİB VİDEO

BMU-da elmmetrik bazalara çıxış mövzusunda təlim olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 16-dək davam edəcək

Praqada Ermənistanın mina terrorunun qurbanlarına həsr olunmuş fotosərgilər açılıb

Aqrar Sığorta Fondu fermerlərə müraciət edib

“Nanopolimer kompozitlər” monoqrafiyası çapdan çıxıb

Vaqif Cavadov: “Sumqayıt”ı çətin vəziyyətdən çıxarmalıyam

Prezident İlham Əliyev Benin Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO