DÜNYA
Türkiyə və Avropa İttifaqı arasında viza sərbəstliyinə dair saziş imzalanmışdır
İstanbul, 16 dekabr (AZƏRTAC). Türkiyə və Avropa İttifaqı (Aİ) arasında viza sərbəstliyi və qanunsuz yollarla Türkiyə ərazisindən Avropaya keçən miqrantların geri alınması haqqında saziş imzalanmışdır. Sənədi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Aİ-nin daxili işlər komissarı Sesiliya Malmström imzalamışlar.
Sazişin şərtlərinə görə, Aİ yaxın 3 ildə Türkiyə vətəndaşları üçün viza rejimini sadələşdirməyi, daha sonra isə ləğv etməyi öhdəsinə götürür. Ankara isə, Türkiyə ərazisindən qaçaq yollarla Avropaya keçən qanunsuz miqrantları geri qəbul etməyə razı olmuşdur.
Ankarada sənədin imzalanması mərasimində çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, ölkə vətəndaşları 3 ildən sonra Avropaya vizasız gedə biləcəklər. O, Türkiyənin Avropa İttifaqına yük olmaq deyil, Avropanın yükünü azaltmaq istədiyini demişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul