SİYASƏT
Türkiyə vətəndaşı olan azərbaycanlılar İlham Əliyevin yenidən prezident seçilməsinin sevincini paylaşırlar
İstanbul, 11 oktyabr (AZƏRTAC). İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin oktyabrın 9-da ölkəmizdə keçirilmiş prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi ilə bağlı bəyanatı yayılmışdır.
Bəyanatda deyilir: Türkiyə vətəndaşı olan azərbaycanlılar İlham Əliyevin yenidən Prezident seçilməsini böyük sevinclə qarşılamışlar. Biz inanırıq ki, dünya azərbaycanlılarının lideri olan Azərbaycanın dövlət başçısının rəhbərliyi ilə daha böyük uğurlar qazanılacaqdır.
Dərnəyin bəyanatında belə bir inam ifadə olunur ki, Azərbaycan bu gün olduğu kimi, gələcəkdə də bölgənin ən güclü dövlətləri arasında yerini daim qoruyacaq və inkişaf prosesini davam etdirəcəkdir. Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi bu nikbinlik üçün bütün əsasları verir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul