DÜNYA
Türkiyədə koronavirus infeksiyasına qarşı məhdudiyyətlər yumşaldılıb
Ankara, 2 mart, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı məhdudiyyətlərin yumşaldılması barədə qərar verilib.
AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koca ictimaiyyətə açıqlamasında bildirib. Nazir qeyd edib ki, bundan sonra açıq havada maska taxmaq məcburi deyil. Həmçinin havalanması yaxşı olan, sosial məsafəyə əməl edilən qapalı məkanlarda maska taxılmaya bilər. HES kod (Həyat Evə Sığar elektron qeydiyyat sistemi) ləğv olunub.
Ali və orta məktəblərdə kütləvi karantin tədbirləri ləğv olunub. Virus aşkarlanan insanlar fərdi karantinə alınacaqlar.
Nazir məlumat verib ki, Türkiyənin yeni növ koronavirus infeksiyasına qarşı istehsal etdiyi TURKOVAC peyvəndinin gələn həftədən etibarən ailə həkimləri də daxil olmaqla ölkənin bütün sağlamlıq mərkəzlərində tətbiq olunması nəzərdə tutulur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [19:24]
Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir
- 28.06.2024 [18:01]
Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib
- 28.06.2024 [17:10]
BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək
- 28.06.2024 [16:45]
Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq
- 28.06.2024 [16:32]
Qazaxıstanda ən böyük İES-də qəza baş verib
- 28.06.2024 [15:35]
Şahzadə Anna xəstəxanadan evə buraxılıb
- 28.06.2024 [15:03]
Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib
- 28.06.2024 [14:53]