Türkiyədə polisin yaradılmasının 174-cü ildönümü qeyd edilir
İstanbul, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Türkiyə polisinin yaradılmasının 174-cü ildönümü qardaş ölkədə geniş qeyd olunur.
AZƏRTAC xəbər verir ki, 174 il əvvəl - 1845-ci il aprelin 10-da “Polis Nizamnaməsi”nin qəbul edilməsi ilə Türkiyə polisi rəsmən fəaliyyətə başlayıb.
Ötən ilin statistik göstəricilərinə əsasən, Türkiyənin polis təşkilatının sıralarında 292 min 208 əməkdaş çalışır. Onların 276 min 94-ü təhlükəsizlik xidmətlərində, 16 min 114-ü isə digər sahələrdə fəaliyyət göstərir.
Ölkədə asayişin təmin olunmasında fasiləsiz xidmət aparan qurumun əməkdaşlarının 93 faizi kişilər, 7 faizi isə qadınlardan ibarətdir.
Ötən il ölkədə 15 min 333 nəfər polis orqanlarına xidmətə daxil olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]