Türkiyədə sərnişinlə dolu avtobus yanıb
İstanbul, 9 iyun, AZƏRTAC
Türkiyənin Marmaris və Şırnak şəhərləri arasında hərəkətdə olan sərnişin avtobusu yanıb.
AZƏRTAC xəbər verir ki, hadisə baş verən zaman avtobusda 25 sərnişin olub.
Yanğının başladığını görən sürücü avtobusu yoldan kənara çıxararaq sərnişinləri oradan düşürüb.
Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb edilib.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]