DÜNYA
Türkiyədə yeni Konstitusiya qəbul olunacaq
İstanbul, 6 sentyabr (AZƏRTAC). Türkiyənin Baş naziri Əhməd Davudoğlu “TRT haber” kanalına müsahibəsində bildirib ki, Ədalət və İnkişaf Partiyası hakimiyyəti ölkədə yeni Konstitusiya qəbul olunmasını özünün mühüm hədəflərindən biri sayır. Yeni Konstitusiyanın Türkiyədə sevgi ilə qarşılanacağına əmin olduğunu ifadə edən Baş nazir bildirib ki, 2015-ci ilin sonlarından 2019-cu ilin yazınadək ölkədə heç bir seçki nəzərdə tutulmadığı üçün yeni Konstitusiyanın qəbulu bu dövrə təsadüf edə bilər.
Xatırladaq ki, 1921-ci ildə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə hazırlanaraq “Teşkilat - ı esasiye kanunu” adı ilə qəbul olunmuş ilk Konstitusiya sonrakı dövrlərdə ölkədəki ictimai-siyasi proseslərə uyğun olaraq bir neçə dəfə dəyişdirilib.
Türkiyə qanunlarına görə yeni Konstitusiya referendum yolu ilə qəbul edilə bilər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2024 [17:12]
NASA Yerin asteroidlə toqquşmasının qarşısını ala bilməyəcəyini etiraf edib
- 24.06.2024 [16:49]
Şahzadə Anna xəstəxanaya yerləşdirilib
- 24.06.2024 [15:33]
Yeni Daşkənd şəhərinin Baş planının detalları açıqlanıb
- 24.06.2024 [15:30]
Viktor Orban Avropa Komissiyasının Prezidentini dəyişdirməyə çağırıb
- 24.06.2024 [15:03]
Əfqanıstanın şərqində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub
- 24.06.2024 [14:49]
Dünya Bankı Misirə 700 milyon dollar maliyyə yardımı ayıracaq
- 24.06.2024 [14:47]
Aİ-də bəzi Rusiya media resurslarına qarşı qadağalar sabah qüvvəyə minəcək
- 24.06.2024 [14:43]