TÜRKMƏNİSTANDA YENİ NAZİRLİKLƏR YARADILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun Fərmanı ilə Tikinti və Tikinti Materialları Sənayeçi Nazirliyi iki quruma bölünmüş, Şaməhəmməd Durdılıyev tikinti naziri təyin olunmuşdur.
Prezidentin Fərmanı ilə Hacımurat Geldimuratov ölkənin maliyyə naziri vəzifəsindən azad edilmiş, o, hökumət sədrinin iqtisadi məsələlər üzrə müavini təyin olunmuşdur.
Hökumət sədrinin nəqliyyat və rabitə məsələləri üzrə müavini Qurbannəzər Aşirov və Mərkəzi Bankın idarə heyətinin sədri Geldumurat Əbilov işdə yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad edilmişlər. Dövlət başçısının Fərmanı ilə Quvançmurat Qeklenov Mərkəzi Bankın idarə heyətinin sədri təyin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]