SİYASƏT
TürkPA-nın nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının sessiyasında iştirak edəcəkdir
Bakı, 2 iyul (AZƏRTAC). Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti ATƏT PA-nın iyulun 4-dən 10-dək Monakoda keçiriləcək 21-ci illik sessiyasında iştirak edəcəkdir.
AZƏRTAC xəbər verir ki, TürkPA-nın nümayəndə heyətinə Qazaxıstan Respublikası Parlamenti Məclisinin beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik Komitəsinin üzvü Kuanış Sultanov rəhbərlik edəcəkdir. Nümayəndə heyətinə TürkPA-nın baş katibi Ramil Həsənov da daxildir.
Sessiya çərçivəsində bir çox ölkələrin nümayəndə heyətləri və beynəlxalq təşkilatların nümayəndələri ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin səfər müddətində qarşılıqlı münasibətləri müzakirə etmək məqsədi ilə TürkPA-nın üzvü olan dövlətlərinin ATƏT PA-dakı daimi nümayəndə heyətlərinin ikinci görüşünün keçirilməsi də nəzərdə tutulmuşdur.