ELM VƏ TƏHSİL
UFAZ-da “Açıq qapı” günü olacaq
Bakı, 14 may, AZƏRTAC
Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) valideynlər və abituriyentlər üçün “Açıq qapı” günü keçiriləcək.
UFAZ-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan-Fransız Universitetinə qəbul prosesi və təhsil müəssisəsində tədris proqramları barədə məlumat veriləcək, abituriyentin və onların valideynlərinin sualları cavablandırılacaq.
Qeyd edək ki, UFAZ-da bütün ixtisaslar üzrə tədris 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda, intensiv fransız dili dərsləri keçirilir. Tədris fransız proqramı əsasında aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [13:05]
Rəsədxana: Zəif səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır
- 03.06.2024 [12:58]
BMU-da imtahan sessiyasına başlanılıb
- 03.06.2024 [12:57]
Bağça müdiri vəzifəsinə qəbul üçün müsahibə mərhələsinə başlanılıb
- 03.06.2024 [12:52]
MEK istifadəçiləri üçün daha bir yenilik tətbiq edib
- 03.06.2024 [11:40]
Yer üzündə ən böyük genom aşkar edilib
- 03.06.2024 [11:28]