Ukraynada orta məktəblərdə 100-ə yaxın şagird qazdan zəhərlənib
Odessa, 16 aprel, AZƏRTAC
Ukraynanın Odessa vilayətində naməlum şəxsin orta məktəbə balondan qaz buraxması nəticəsində ən azı 20 şagird zəhərlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə Odessa vilayət polisi məlumat yayıb.
Zəhərlənən 20 şagird xəstəxanaya yerləşdirilib. Hazırda hadisə yerində polis araşdırmalar aparır.
Xatırladaq ki, bu hal son sutkada ikinci dəfədir qeydə alınır. Aprelin 15-də Çerkası vilayətində məktəbə 4 balondan qazın buraxılması nəticəsində 75 şagird zəhərlənmişdi. Onlardan 50-si xəstəxanalara yerləşdirilib.
Hər iki faktla bağlı cinayət işi açılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]