Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ulu öndər Heydər Əliyevin ideyaları əbədidir

Bakı, 5 may, AZƏRTAC

Mayın 5-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə rayonda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin də iştirak etdikləri tədbiri açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edib. Deyib ki, Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq dövlətə, xalqa xidmətin nümunəsini görərik. Dövlətinin, xalqının gələcəyini düşünən Lider daim ölkəni irəli aparacaq. Bu reallıq daim önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla baxan xalq tarixin sərt sınaqlarından şərəflə çıxacaq və möhtəşəm uğurlara imza atacaq. Azərbaycan xalqı dünyaya bu nümunəni də göstərdi. Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycana səriştəsiz, idarəçilik qabiliyyəti olmayan antimilli ünsürlərin rəhbərlik etməsi ölkədə xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın baş alıb getməsinə, torpaqlarımızın işğalına, vətəndaş qarşıdurmasının yaranmasına və müstəqilliyimizi itirmək təhlükəsini yaşamağımıza səbəb oldu. Belə bir çətin durumda xalq öz xilaskarına üz tutdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan bütün çətinliklərdən xilas oldu, yeni Azərbaycan yaradıldı, müstəqilliyimizin daimiliyi, sarsılmazlığı təmin edildi.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan dünyaya günəş kimi doğdu. Ümummilli Liderin “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bir çağırış olmaqla yanaşı, eyni zamanda, hədəf, məqsəd idi. Bugünkü gerçəkliklərimiz, eyni zamanda, ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu fikrin də real həyatda təsdiqidir: “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir”. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində göstərdiyi inam və etimad ünvanı onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının daha da genişlənməsini şərtləndirdi. Belə ki, Prezident İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi Azərbaycanın bugünkü və gələcək uğurlarının təməli oldu. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qürurludur. Otuz ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizlə azadlığa qovuşdu. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanır, Onun ətrafında dəmir yumruq kimi birləşib.

YAP Xətai rayon təşkilatının sədri Ümummilli Liderin xidmətləri arasında hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən, cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd edib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə bu günümüz üçün qurulan möhkəm təməldən danışıb. Deyib ki, bugünkü Azərbaycan məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. Birinci hakimiyyəti dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar açdı.

Rafiq Quluyev tarixi Zəfərimizdən bəhs edərək, bu uğurumuzda Azərbaycan gənclərinin torpaq, Vətən sevgisinin əsas amillərdən biri olduğunu bildirib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının Nəzarət-Təftiş Komissiyasının üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Sadiq Qurbanov çıxışında diqqətə çatdırıb ki, bu auditoriya qarşısında qalib xalqın nümayəndəsi, YAP-ın üzvü, ən nəhayət, bir azərbaycanlı kimi çıxış etməkdən qürur hissi keçirir. “Biz ulu öndər Heydər Əliyev haqqında nə qədər istəsən danışa bilərik. Çünki Onun fəaliyyəti çoxşaxəlidir. Ümummilli Lider zamana sığmayan bir Lider idi. Hər insan doğulduğu gündən ta dünyasını dəyişənə qədər zamanın hökmünün diktəsinə məhkumdur. Dünən Sovetlər Birliyi idi və biz o şərtlər altında yaşayırdıq. Bu gün demokratik, azad ölkəyik və indi bu şərtlər altında yaşayırıq. Yəni, zamanın hökmü bizi idarə edir. Tarixdə elə şəxsiyyətlər olub və bu gün də var ki, zamanın diktəsinə deyil, zamana diktə etməyi bacarır. Dünya tarixində məhz belə liderlərdən biri ulu öndər Heydər Əliyev idi”, - deyə o vurğulayıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor Eldar İbrahimov bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək. Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu Öndərimiz keçmişə istinad edərək, bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir.

E.İbrahimov qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin qeyd edib ki, fəaliyyətimin mühüm bir dövrü görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevlə bağlı olub.

Deputat ulu öndər Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı gördüyü işlərdən geniş bəhs edərək vurğulayıb ki, onun idarəçilik təcrübəsi, siyasi iradəsi, bacarığı, liderlik keyfiyyətləri hər bir çətinliyin öhdəsindən uğurla gəlməsini şərtləndirdi. Bu gün həmin qətiyyəti, siyasi iradəni dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev nümayiş etdirir. 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoymaq böyük şücaətin, qəhrəmanlığın, Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycan Ordusunun gücünün, qüdrətinin nəticəsidir.

AMEA-nın Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov ulu öndər Heydər Əliyevin azərbaycançılığı və dövlətçiliyi milli ideologiyanın iki ən əsas tərəfi kimi qiymətləndirdiyini bildirib. Ulu Öndərin azərbaycançılıq ideyasının formalaşmasında misilsiz xidmətlərindən danışan V.Abbasov deyib: “Azərbaycan dili ölməz olduğu qədər də yaşayan, inkişaf etməli dildir. Ulu öndər Heydər Əliyev 1978-ci ildə Azərbaycan dilini qorumaq yox, ona yaşamaq, inkişaf statusu verdi. Ulu öndər Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Fərman imzaladı.

Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə qayıdışından sonra dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın vahid ideologiya, milli-mənəvi dəyərlər ətrafında birləşməsinə, onların potensialının milli problemlərin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirdi.

Tədbirdə çıxış edən Vətən müharibəsi şəhidi Kəmaləddin Məmmədzadənin bacısı Ülkər Məmmədzadə bildirib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının üzvü olmaq hər bir vətəndaş üçün böyük fəxrdir. Bugünkü Azərbaycan Heydər Əliyev siyasətinin təntənəsidir.

Tədbirdə Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən inşa yazı müsabiqəsinin, mini-futbol, şahmat turnirinin qaliblərinə diplomlar verilib.

Müsabiqələrin təşkilində fəal iştirakına görə Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucovaya YAP Xətai rayon təşkilatının Fəxri diplomu, partiya sıralarına yeni daxil olanlara YAP-ın üzvlük vəsiqəsi təqdim edilib.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP29 iştirakçı ölkələr üçün iqlim böhranının həlli istiqamətində konkret addımlar atmağa bir fürsətdir

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

Araşdırma: 390 min insanın məlumatları əsasında multivitaminlərin ömrü uzatmadığı müəyyənləşib

İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldığını bildirib

Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür

Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir

Avropa çempionatı: Azərbaycan güləşçisi ikinci olub

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir

Si Cinpin: Azərbaycan və Çin yaxşı dostlardır, yaxşı tərəfdaşlardır

Bayden Ukraynaya əlavə 150 milyon dollar hərbi yardım göndərilməsi barədə göstəriş verib

XİN: Astana görüşü Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək

Ayxan Hacızadə: Azərbaycan və Çin liderlərinin görüşü bir daha göstərdi ki, ölkələrimizin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir

Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib VİDEO

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş olub YENİLƏNİB-2 VİDEO

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH

BSU-da elmi seminar: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı

ABŞ-da meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib

Ötən ay 23 aptekdə yoxlama aparılıb

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb

Kimya Elmləri üzrə Problem Şurasının iclasında səkkiz dissertasiya mövzusu müzakirə edilib

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi “Kembric” statusu alıb

Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib

Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Hotellərə ulduz dərəcələri verilib və rezervasiya platformasının təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub

Tanınmış basketbolçu ilə müqavilə yenilənir

Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək

AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə götürülüb VİDEO

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb VİDEO

Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub

Sus kəndində ilk körpə dünyaya gəlib

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib

® ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib   YENİLƏNİB-2 VİDEO

Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa

Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib

Fuad Nağıyev: Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçirib

KOB-ların yaşıl iqlim maliyyələşməsində rolunun artırılması sahəsində seminar keçiriləcək

Parlament seçkiləri ilə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb

Firuddin Əliyev: İşğaldan azad olunmuş yerlərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi yaradılacaq VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanı özünün ən fəal tərəfdaşlarından biri hesab edir  - RƏY

Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib

İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib

Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır

Astanada Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Səhmdarlar Müqaviləsinin mübadiləsi mərasimi olub VİDEO

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib

Regionlardan olan şagirdlər BMU-nun laboratoriyaları ilə tanış olublar

Xidmət rəisi: Bu ilin ilk altı ayı ərzində milli parklara 80 minə yaxın turist gəlib

Nəqliyyat dəhlizlərinin genişləndirilməsində Azərbaycan-ŞƏT əməkdaşlığı ŞƏRH

Naxçıvanda dönərxanada nöqsanlar aşkar olunub

Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb FOTO VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Elşad Əsgərov: Qafqazda yalnız Azərbaycan ərazisində bəbir balalarının dünyaya gəlməsi müşahidə olunub

“Azərkosmos” Çinin “Star.vision” şirkəti ilə memorandum imzalayıb

Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub

Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib

® “Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

Elşad Əsgərov: Azərbaycanda bəbir populyasiyasının bərpası istiqamətində məqsədyönlü işlər görülür VİDEO

Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb

8 Noyabr prospektində istismar müddətini başa vurmuş içməli su və kanalizasiya xətləri yenilənir

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Müdafiə naziri Belarusda keçirilən tədbirlərdə iştirak edib

Paytaxta külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanılıb

“Philips” şirkətinin istehsal etdiyi texnoloji avadanlıqların Azərbaycan səhiyyəsində tətbiqi müzakirə olunub