Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi tələbələr arasında keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Liderin həyatından və siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu müsabiqənin əsas məqsədi ulu öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi fikir və tövsiyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqramı kimi gənclər arasında təbliğ etmək, dövlətin qadın siyasətində əsas istiqamətlərlə bağlı maarifləndirmə işi aparmaqdır. “Məhz bu baxımdan ölkəmizin bir sıra alı məktəblərində tələbələrlə görüşlər təşkil etdik və həmin görüşlərdə Ümummilli Lider tərəfindən əsası qoyulan dövlət qadın siyasətinin əhəmiyyəti, qadınların cəmiyyətdə rolunun artması ilə bağlı onun rəhbərliyi altında reallaşdırılan islahatlar, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən siyasətin daha da inkişaf etdirilməsi barədə tələbələrə ətraflı məlumat verildi”, - deyə komitə sədri qeyd edib. Hicran Hüseynova vurğulayıb ki, ölkəmizdə aparılan ardıcıl və uğurlu siyasət qadınların vəziyyətinə və cəmiyyətdəki mövqeyinə də müsbət təsir göstərir. Komitə sədri qeyd edib ki, hər il təşkil edilən müsabiqəyə bu il 150-yə yaxın yazı təqdim olunub. Bu da müsabiqəyə marağın ildən-ilə daha da artmasından xəbər verir. Hicran Hüseynova Heydər Əliyevin xatirəsinə həsr olunan müsabiqələrin mütəmadi olaraq keçirilməsinin önəmini vurğulayıb.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, tələbələr arasında belə bir müsabiqənin keçirilməsi çox önəmlidir. Bu gün ölkəmizin bütün guşələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi qeyd olunur. Heydər Əliyev tutduğu vəzifədən, mövcud siyasi quruluşdan asılı olmayaraq hər zaman Azərbaycan xalqına xidmət edib. Ulu öndər 1969-cu ildə ölkəyə rəhbərlik etməyə başlayan zaman Azərbaycan aqrar bir ölkə, 15 müttəfiq respublika arasında 14-cü yerdə idi. Qısa müddət ərzində Azərbaycan ən ön yerlərə yüksəldi. O dövrdə azərbaycanlı şair və yazıçılara fəxri adlar, mükafatlar verilmirdi. Lakin Heydər Əliyev hakimiyyətə gəldikdən sonra azərbaycanlı ziyalılara diqqət və qayğı göstərməyə başladı.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar barədə danışıb. O, ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasının müstəqil dövlətimizin həyatında böyük dönüş nöqtəsi olduğunu, dövlət quruculuğu tarixində ilk dəfə olaraq Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi təsbit olunduğunu diqqətə çatdırıb.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, deputat Pərvin Kərimzadə dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində Heydər Əliyevin məqsədyönlü fəaliyyətini qeyd edib, Ulu Öndərin qadınlara diqqət və qayğısından, müvafiq fərman və sərəncamlarından söhbət açıblar. Azərbaycanda bu gün də qadınlarla bağlı məsələlərin dövlətin diqqət mərkəzində olduğu vurğulanıb. Qeyd edilib ki, Ulu Öndərin Azərbaycan qadını haqqında söylədiyi fikir və tövsiyələri gənclər arasında təbliğ etmək, eyni zamanda qadınlar haqqında məqalələr yazmaq, gənclərin yaradıcılıq imkanlarının aşkara çıxarılmasına şərait yaratmaq mühüm addımdır.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, Heydər Əliyev bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. Ulu Öndərin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Heydər Əliyev irsi elə zəngin irsdir ki, biz zaman-zaman onun yeni mahiyyətini, yeni fəlsəfəsini öyrənirik və bu irsin Azərbaycan xalqı, dövləti üçün nə qədər önəmli olduğunu dərk edirik.

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Əmir Əliyev, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov, İctimai Televiziyanın “Yadigarlar” layihəsinin rəhbəri, əməkdar jurnalist Flora Xəlilzadə müsabiqə barədə fikirlərini bildirib, qadın məsələləri, gender problemləri ilə bağlı məqalələrin tələbələrin gələcək fəaliyyətində mühüm əhəmiyyət kəsb edəcəyini söyləyiblər.

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

Birinci yerə Bakı Slavyan Universitetinin ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə I kurs magistri Könül Əlizadə, ikinci yerə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Aida Həsənova, üçüncü yerə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Təhmasib Quluzadə layiq görülüblər. Beş nəfər isə həvəsləndirici yer tutub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Arda Gülər "Real Madrid"in tarixinə düşüb

Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub

Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır

Avropa çempionatı: Son gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlər aşkarlanaraq götürülüb

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Aprelin 26-da 4 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Cevdet Yılmaz: Türkiyə beynəlxalq energetika bazarının mərkəzinə çevrilmək istəyir

FIFA prezidenti “Qarabağ”ı təbrik edib

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: XXXII tura bir oyunla start veriləcək

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ötən gün 82 cinayətin açılması təmin olunub

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilir

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Zərifə xanım Əliyeva ömrünü oftalmologiya elminin tərəqqisinə həsr etmiş və bu sahəyə böyük töhfələr vermişdir

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək