İDMAN
ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 81-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ KİV KOMANDALARININ MİNİ FUTBOL TURNİRİ DAVAM EDİR “AZƏRTAC” 1\004 FİNALA ÇIXMIŞDIR
“D” qrupunda mübarizə aparan “AZƏRTAC” futbolçuları “Səhər-JFK” komandası ilə qarşılaşmışlar. Bu oyunda ikinci komandaya yarımfinala vəsiqə qazanmaq üçün yalnız qələbə lazım idi. Lakin gərgin mübarizə şəraitində keçən görüşün ilk dəqiqəsində hücumçular - Ramil Hüseynovun və birinci hissəsinin ortasında Əsgər İbrahimovun gözəl qolları “AZƏRTAC”ı 2:0 irəliyə çıxarmışdır. Fasilədən sonra rəqib komanda aradakı fərqi minimuma endirsə də, “AZƏRTAC”-ın yarımmüdafiəçisi Fəxrəddin Hüseynov dəqiq zərbə ilə hesabı 3:1-ə çatdırmış və komandanın adını yarmfinalçılar siyahısına yazdırmışdır.
Beləliklə, “D” qrupunda 7 xal toplayan “AZƏRTAC” liderliyi ələ almışdır. “168 saat” komandası isə bir oyun az olmaqla, 4 xal toplayaraq ikinci yerdədir.
Digər qruplarda isə nəticələr belə olmuşdur: “A“ qrupunda “Ədalət” -“Olaylar” 1:2, “B” qrupunda “Şərq” -“Futbol-” 2:0. Sonuncu görüşlər bazar günü keçiriləcəkdir.
Xatırladaq ki, “Şərq” qəzetinin təşkilatçılığı və CCİC şirkətinin sponsorluğu ilə keçirilən turnirdə eyniadlı komandaları, eləcə də AZƏRTAC-ın, Az.TV, ATV, “Space” teleşirkətinin, “Azərbaycan”, “525-ci qəzet”, “Futbol +”, “Olaylar”, “Ədalət”, “168 saat”, “Səhər-JFK” , “Çempion-Zaman” qəzetlərinin və “Səma” mətbuat yayımı firmasının komandaları iştirak edirlər.