ELM VƏ TƏHSİL
UNEC ilə Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutu arasında memorandum imzalanıb
![](/files/galleryphoto/2022/3/1200x630/16639224002976612574_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16639224005630438788_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16639224006409915986_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1663922400407216873_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16639224004907848694_1200x630.jpg)
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda olub.
Nümayəndə heyəti öncə institutun həyətində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri düzüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və əməkdaşları, eləcə də institutda təcrübə keçən tələbə və məzunlar ilə görüşən rektor Ədalət Muradov burada aparılan elmi-tədqiqat işləri ilə də tanış olub.
Görüşdən sonra UNEC ilə Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Rektor Ədalət Muradov və Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyevin imzaladığı sənədə əsasən, tərəflər ETİ-də həyata keçirilən layihələrə tələbələrin və gənc alimlərin cəlb edilməsi, elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni mövzuların yazılması, hakatonların keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.