CƏMİYYƏT
“Ürəyimizi şəkərli diabetdən necə qoruyaq?” mövzusunda elmi-praktik konfrans keçirilib
Bakı, 15 noyabr, AZƏRTAC
Akademik Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “Ürəyimizi şəkərli diabetdən necə qoruyaq?” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Kardiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru Gülnaz Dadaşova bildirib ki, hazirda dünyada 425 milyon insan şəkərli diabetdən əziyyət çəkir. Onun sözlərinə görə, şəkərli diabeti olan 3 nəfərdən 2-si kardiovaskulyar xəstəlik və insultdan dünyasını dəyişir: “Bu rəqəmlər müasir günümüzdə şəkərli diabetin cəmiyyətin fəal həyatına ciddi sırayət etməsinə dəlalət edir. Bu problemlə mübarizə aparmaq üçün genişmiqyaslı tədbirlər aparılır ki, bunlardan biri də Dünya Diabetlə Mübarizə Gününün keçirilməsidir. Şəkərli diabet ürək xəstəliklərinin ağırlaşmasının, eləcə də ürək xəstəliklərinin yaranmasının ən əsas risk faktorlarından biridir. Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciət edən ürək xəstələrinin 70 faizindən çoxunda şəkərli diabetə rast gəlinir. Şəkərli diabetə görə endokrinoloq müalicəsi alan xəstələrin yarısından çoxunda ürək patologiyaları olur. Şəkərli diabet və onun ürəyə təsiri dünya səhiyyəsini narahat edən problemlərdəndir. Bu problemlə yalnız kardioloqlar, endokrinoloqlar deyil, həm də oftalmoloqlar, nefroloqlar, dietoloqlar birgə məşğul olmalıdırlar".
Konqres öz işini plenar sessiyalarla davam etdirib, mütəxəssislərin məruzələri dinlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]