REGİONLAR
Uşaq-gənclər inkişaf mərkəzlərinin əməkdaşları təlimlərə cəlb olunub
![](/files/galleryphoto/2022/2/1200x630/16517631495180959335_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16517631492754550092_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16517631492107425571_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16517631494677331660_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16517631496078623159_1200x630.jpg)
Quba, 5 may, Elxan Yusifli, AZƏRTAC
Qubada Uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək rəhbərləri üçün “Öyrənək və öyrədək” mövzusunda təlim keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yol hərəkəti qaydaları haqqında azyaşlıların məlumatlandırılması, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin öyrədilməsi, eləcə də onların sağlamlıqlarının qorunması diqqətdə saxlanılan məsələlərdəndir.
“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən müvafiq tədbirlər keçirilir.
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilən təlimlər respublika uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək rəhbərləri üçün təşkil olunub. Təlimdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şuşa, Qubadlı, Zəngilan rayonlarının uşaq-gənclər inkişaf mərkəzlərinin direktorları, şöbə müdirləri, dərnək rəhbərləri iştirak ediblər.
İştirakçılara müasir üsullardan istifadə edilərək “İşıqfor”, “Yolu keçmə qaydaları”, “Yol nişanları”, “İctimai nəqliyyatda davranış qaydaları” və “Yol hərəkəti iştirakçıları” mövzusunda məşğələlər keçirilib, yol hərəkəti qaydalarını azyaşlılara öyrətməyin yolları və görüləcək işlər müzakirə olunub.
İki gün davam edən təlimdə iştirakçılara təlim materialları və sertifikatlar verilib.