DÜNYA
ÜST: COVID-19 xəstəliyi insanlarda narahatlıq və depressiya hallarının 25 faiz artmasına səbəb olub
Bakı, 3 mart, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının insanlarda narahatlıq və depressiya hallarının 25 faiz artmasına səbəb olduğunu açıqlayıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, qurumun dərc etdiyi hesabatda epidemiyanın psixoloji xəstəliklərə təsiri araşdırılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, epidemiya gənclərin psixi sağlamlığına mənfi təsir göstərib və gənc yaş qrupunda intihar meyillərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Epidemiyanın təsiri ilə qadınlar kişilərə nisbətən daha çox mənəvi sarsıntı keçiriblər və astma, xərçəng və ürək xəstəliyi olanların COVID-19-a yoluxması riski çox yüksək olub.
Pandemiya ilə mübarizə aparan və gərgin iş rejimində işləyən tibb işçiləri arasında intihara meyillər daha çox özünü büruzə verib.
ÜST-nin Baş direktoru Tedros Adanom Qebreyesus sadalanan faktları COVID-19-un insanların psixi sağlamlığına vurduğu zərər baxımından yalnız “aysberqin görünən hissəsi” olduğunu bildirib. O, ölkələri vətəndaşlarının psixi sağlamlığına daha çox diqqət yetirmələrinin gərəkli olduğunu qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:01]
Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib
- 28.06.2024 [17:10]
BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək
- 28.06.2024 [16:45]
Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq
- 28.06.2024 [16:32]
Qazaxıstanda ən böyük İES-də qəza baş verib
- 28.06.2024 [15:35]
Şahzadə Anna xəstəxanadan evə buraxılıb
- 28.06.2024 [15:03]
Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib
- 28.06.2024 [14:53]
Sudanın 14 bölgəsi aclıq təhlükəsi ilə üzləşib
- 28.06.2024 [14:52]