DÜNYA
ÜST Ukraynaya humanitar dəhlizin açılması üçün çağırış edib
Bakı, 2 mart, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ehtiyacı olan sakinlərə yardım göstərilməsi üçün Kiyevdə humanitar dəhlizin təcili açılması ilə bağlı çağırış edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tedros Qebreyesus bunu Cenevrədə keçirilən brifinqdə bəyan edib. O bildirib ki, indiki münaqişəyə qədər ÜST Ukraynanın 23 xəstəxanasına tibb materialları göndərib. Lakin Kiyevdə yerləşdirilmiş ehtiyatlar hazırda əlçatan deyil.
Tedros Qebreyesusun sözlərinə görə, ÜST cümə axşamı günündə Polşaya 36 ton müxtəlif materiallar göndərəcək. Bu, 1000 pasiyentin yaralarını sağaltmağa və cərrahi əməliyyat aparmağa kömək edər. Çatdırılan yük 150 min insanın ehtiyacını təmin etmək imkanı yaradacaq.
ÜST-nin baş direktoru bildirib ki, təşkilat Fövqəladə Fonddan 5,2 milyon dollar ayırıb. Onun sözlərinə görə, növbəti üç ayda ÜST-yə Ukrayna üçün 45 milyon dollar və qonşu ölkələrdə qaçqınlarım müalicəsinə 12,5 milyon dollar lazım olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:01]
Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib
- 28.06.2024 [17:10]
BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək
- 28.06.2024 [16:45]
Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq
- 28.06.2024 [16:32]
Qazaxıstanda ən böyük İES-də qəza baş verib
- 28.06.2024 [15:35]
Şahzadə Anna xəstəxanadan evə buraxılıb
- 28.06.2024 [15:03]
Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib
- 28.06.2024 [14:53]
Sudanın 14 bölgəsi aclıq təhlükəsi ilə üzləşib
- 28.06.2024 [14:52]