İQTİSADİYYAT
Vergi daxilolmalarının həcmi 12 dəfəyə yaxın artmışdır
Bakı, 8 fevral (AZƏRTAC). Ölkə iqtisadiyyatının sürətli inkişafı ilə
yanaşı, vergi sisteminin texnoloji cəhətdən modernləşdirilməsi, inzibati idarəetmənin keyfiyyətcə yaxşılaşdırılması və avtomatlaşdırılması qısa müddətdə vergi daxilolmalarına da öz müsbət təsirini göstərmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 8-də Bakıda keçirilən “Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda II Vergi Forumunda vergilər naziri Fazil Məmmədov demişdir.
Nazir vurğulamışdır ki, 2000-ci illə müqayisədə vergi daxilolmalarının həcmi 2012-ci ildə 12 dəfəyə yaxın artmışdır. Bu da Azərbaycan iqtisadiyyatında baş vermiş sıçrayışın bariz nümunəsi olmaqla bərabər, həm də mövcud iqtisadi sistemdə adekvat vergi inzibatçılığının mövcudluğunun göstəricisidir.