İDMAN
Vergi işçiləri arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş şahmat turnirinə start verilmişdir
Bakı, 6 aprel (AZƏRTAC). Aprelin 6-da vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ənənəvi şahmat turnirinin açılış mərasimi keçirilmişdir.
Nazirliyin Analitik-informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, turnir Vergilər Nazirliyi tərəfindən Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil edilmişdir.
Turnirin açılışında çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov Azərbaycanda şahmatın zəngin inkişaf yolu barədə danışmışdır.
Bildirilmişdir ki, şahmatın daha da sürətlə inkişaf etməsi, şahmatçılarımızın müstəqil dövlətin təmsilçisi kimi beynəlxalq səviyyədə uğurlarının artması isə ümummilli lider Heydər Əliyevin
hakimiyyətə gəlməsi ilə başlanmışdır. Məhz onun Azərbaycana rəhbərlik etdiyi dövrdə şahmatın inkişafına göstərilən diqqət və qayğı nəticəsində ölkənin bir çox şəhər və rayonlarında onlarla
şahmat məktəbləri və klublar açılmış, bu idman növünə maraq kütləvi xarakter almış, Azərbaycan şahmat məktəbi formalaşmışdır.
S.Ələkbərov Prezident İlham Əliyevin hazırda şahmatın inkişafına böyük diqqət yetirdiyini xatırlatmışdır. Qeyd etmişdir ki, şahmatçılara göstərilən dövlət qayğısının nəticəsində onların beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə
artır.
Vergi orqanlarının bütün struktur bölmələrinin nümayəndələrinin iştirak etdiyi turnir aprelin 27-də başa çatacaqdır.