VƏTƏNDAŞLARDAN NARKOTİK MADDƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Narkotiklərlə Mübarizə Baş İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsi və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Dağkəsəmən kənd sakini Arif Əmirovdan 0,213 qram heroin aşkar edərək götürmüşlər.
Xətai Rayon Polis İdarəsi 37-ci bölməsinin əməkdaşları Bakı şəhər sakini Ruhin Allahverdiyevdən 0,241 qram, Nizami Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakinləri Zahir Hüseynovdan 4,137 qram, Rafət Novruzovdan 0,272 qram, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları Yardımlı qəsəbə sakini Xəyal Babayevdən 0,45 qram heroin, Əzizbəyov Rayon Polis İdarəsinin əməkdaşları isə Bakı şəhər sakini Elşad Hacıyevdən 15,151 qram həşiş götürmüşlər.
Lənkəran şəhər sakini Sadiq Qurbanov 56,51 qram marixuananı satarkən Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]