Vladimir Zelenski: Litva bizim etibarlı tərəfdaşımız və müttəfiqimiz kimi qalır

Kiyev, 27 noyabr, AZƏRTAC
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Litva bütün beynəlxalq məkanlarda Ukraynanın etibarlı tərəfdaşı və müttəfiqi olub və bu gün də belədir.
AZƏRTAC Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Ukrayna dövlətinin başçısı bu fikri Vilnüsdə Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə danışıqların yekunlarına əsasən KİV nümayəndələri ilə görüşdə söyləyib.
Prezident Zelenski vurğulayıb: “Bütün beynəlxalq məkanlarda - BMT, ATƏT, Avropa Şurası və UNESCO-da Litva bizim etibarlı tərəfdaşımız və müttəfiqimiz olub və bu gün də belədir”.
Ukrayna və Litva Respublikası Prezidentləri Şurasının iclasının yekunlarına əsasən bir sıra sənədlər, o cümlədən “2020-2024-cü illər üçün Ukrayna ilə Litva Respublikası arasında strateji tərəfdaşlığın inkişafına dair Bəyannamə” imzalanıb.
Birgə bəyanatda Ukrayna və Litva tərəfindən beynəlxalq və regional təhlükəsizlik, Avropaya və Avroatlantikaya inteqrasiya, iqtisadiyyat, sosial siyasət, ticarətin və investisiyaların inkişafı, elmi, mədəni və humanitar sahələrdə əməkdaşlıq kimi məsələlərlə bağlı bir sıra müştərək tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Rüstəm Məmmədov
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2025 [20:05]
Tramp Səudiyyə Ərəbistanında Suriyanın yeni Prezidenti ilə görüşəcək
- 13.05.2025 [19:40]
ABŞ Səudiyyə Ərəbistanına 142 milyard dəyərində silah satacaq
- 13.05.2025 [19:09]
PKK-nın ləğvi həm tarixi, həm də son dərəcə ciddi hadisədir VİDEO
- 13.05.2025 [17:48]
Aleksandar Vuçiç: Serbiyanın Aİ-yə üzvlüyü əsas məqsədimizdir
- 13.05.2025 [17:45]
Stokholm sakinlərinin iqtisadi əhvali-ruhiyyəsi zəifləyir
- 13.05.2025 [17:44]
Türkiyə Prezidenti Ankarada NATO-nun Baş katibini qəbul edib
- 13.05.2025 [17:30]
Cənubi Koreyada anbarda yanğın: 178 nəfər təxliyə edilib
- 13.05.2025 [16:32]