SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT MƏRKƏZİNİN M Ə L U M A T I
Mayın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Rəşid İbrayevi onun ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Görüş zamanı nazir Vilayət Quliyev və Rəşid İbrayev ölkələrimiz arasındakı əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparmışlar.
Səfir Rəşid İbrayev Azərbaycanda işlədiyi müddət ərzində ona göstərilmiş köməyə və səmərəli əməkdaşlığa görə Vilayət Quliyevə minnətdarlığını bildirmiş, Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu vurğulamışdır. Səfir R.İbrayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, bu münaqişənin tezliklə beynəlxalq birliyin birgə səyləri nəticəsində sülh yolu ilə həll ediləcəyinə əmin olduğunu bildirmişdir.
Nazir V.Quliyev iki ölkə arasındakı sıx əlaqələrin genişlənməsi istiqamətində səfirin mühüm rolunu yüksək qiymətləndirmiş və ikitərəfli əməkdaşlığın gələcək perspektivlərinə böyük əhəmiyyət verdiyini vurğulayaraq, qarşılıqlı surətdə faydalı əlaqələrin davam etdirilməsinə tərəfdar olduğunu bildirmiş, səfirə bundan sonrakı fəaliyyətində uğurlar arzulamışdır.