XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
İyulun 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri - Yan Mattiseni (Belçika Krallığı), Kemelbek Nanayevi (Qırğızıstan Respublikası), xanım Anne Dismorru (İsveç), Li Çxor Qvanı (Koreya Xalq Demokratik Respublikası), Jan Klod Kaluceni (Kot-d İvuar Respublikası) və Harri Molenaarı (Niderland) qəbul etmişdir.
Görüş zamanı nazir Vilayət Quliyev ölkələrimiz arasındakı münasibətləri yüksək qiymətləndirmiş və Azərbaycan tərəfinin bu münasibətlərin daha da fəallaşmasına tərəfdar olduğunu bildirmişdir. O, həmçinin səfirlərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra ölkəmizin xarici siyasət idarəsinin başçısı Vilayət Quliyev Azərbaycanın ictimai-siyasi həyatı, demokratik islahatların aparılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər və ATƏT-in Minsk qrupunun bu yöndə fəaliyyəti barədə də qonaqlara məlumat vermişdir.
Görüşdə iştirak edən səfirlər öz ölkələri ilə Azərbaycan arasındakı münasibətlərin möhkəmlənməsi və əlaqələrin siyasi, iqtisadi, mədəni, turizm və sair sahələrdə inkişaf etdirilməsində maraqlı olduqlarını söyləmişlər.
Görüşün sonunda səfirlər öz etimadnamələrinin surətini nazir Vilayət Quliyevə təqdim etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]