MƏDƏNİYYƏT
Xarici turistlər Azərbaycanda ötən ilin 8 ayı ilə müqayisədə 100 milyon dollar çox xərcləyiblər
Bakı, 18 oktyabr, AZƏRTAC
Yay turizm zamanı Şahdağda 40 min turist istirahət edib.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda turizm sektoruna həsr olunmuş xüsusi sessiyada Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.
Onun sözlərinə görə, turistlərin 68 faizi xarici vətəndaşlardır.
“Bu ilin 8 ayı ərzində xarici turistlər ölkəmizdə 703 milyon dollar xərcləyiblər ki, bu da ötən illə müqayisədə 100 milyon dollar çoxdur. Ümumilikdə isə ötən il xarici turistlər ölkəmizdə 1,3 milyard dollar xərcləyiblər”, - deyə Nazim Səmədov bildirib.