ELM VƏ TƏHSİL
Xəzər Universitetinin “Dünya” məktəbində qaçqın və məcburi köçkün məktəblərinin müəllimləri üçün kurslar təşkil edilir
Bakı, 1 mart (AZƏRTAC). Xəzər Universitetinin “Dünya” məktəbində yeni layihənin icrasına başlanılmışdır. Fevralın 27-dən başlayaraq qaçqın və məcburi köçkün məktəblərinin 24 müəllimi üçün ingilis dili kursları təşkil edilmişdir.
Xəzər Universitetindən AZƏRTAC-a bildirmişlər ki, ümumtəhsil məktəblərində ingilis dili tədrisinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən kurs ayda bir dəfə olmaqla, bir il müddətində davam edəcəkdir.
“İngilis dilinin tədrisində motivasiyanın təşkilinə yeni baxış” mövzusunda ilk təlim xarici dil mütəxəssisi Joel Robbins tərəfindən aparılmışdır. Mövzu ilə bağlı nümunə dərsi məktəbin ingilis dili müəllimi Aytən Rüstəmova, informasiya-kommunikasiya texnologiyaları ilə bağlı dərsi isə Leyla Ömərova aparmışdır.
Dərslər kurs iştirakçıları tərəfindən maraqla dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]