Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xorvatiya şimaldan cənuba: Zadar

Bakı, 17 oktyabr, Emil Eyyubov, AZƏRTAC

Adriatik dənizinin sahilində, Dalmasiya vilayətində yerləşən Zadar kurort şəhəri çimərlik istirahəti üçün geniş imkanları ilə məşhurdur. Bununla belə, turistlər burada bir an belə darıxmır, bu yerlərin tarixi keçmişini tədqiq edirlər. Burada təkcə Köhnə şəhərin mərkəzində olan Roma xarabalıqları nəyə desən dəyər! Müasir əyləncə həvəskarları da diqqətdən kənarda qalmayıb. Burada onları dünyada yeganə olan “dəniz orqan”ı və dənizin sahilində işıq şousu gözləyir. Zadarlılar dünyada günəşin ən gözəl qürubunun da burada olduğunu iddia edirlər!

İndi isə bütün bunlar barədə təfərrüatı ilə.

Roma forumu, Modriç və UNESCO

Səyahətə başladığımız Xorvatiyanın paytaxtı Zaqrebdən Zadara təxminən 3 saata çatmaq (285 kilometr) mümkündür. Şimaldan cənuba, Adriatikaya doğru hərəkət etdikcə iqlimin dəyişməsini, getdikcə istiləşməni açıq-aydın hiss edirsən. Günəşin saçdığı işıq zolaqları fonunda parlayan dəniz mənzərəsindən insanın könlü xoş olur.

İnsanlar qədim zamanlardan bu bərəkətli yerlərdə məskən salıblar. Hesab edilir ki, Zadar şəhərinin yerində ilk dəfə illiriyalılar yaşayıblar. Şəhər romalılar tərəfindən e. ə. I əsrdə istila edilib və imperiyanın süqut etdiyi V əsrədək onların idarəçiliyində olub. Sonra hakimiyyət Bizansa ötürülüb. Məhz həmin dövrdə Dalmasiyaya slavyanlar gəlib. XI əsrdə Xorvatiyanın kralı IV Petar Kreşimirin Bizansla bağladığı müqavilə əsasında Zadar Xorvatiyanın idarəçiliyinə verilir. Daha sonra əsrlər boyu Zadar xorvatların və venesiyalıların rəqabət yerinə çevrilib. Çünki bu şəhər həmin insanlar üçün ticarət yollarında əsas məntəqə idi. Zadar dəfələrlə qarət olunub və dağıdılıb. Bu, Kral I Vladislav tərəfindən bütün Dalmasiyanı Venesiyaya satanadək - 1409-cu ilədək davam edib. XIX əsrdə Zadar avstriyalılara məxsus olub, Birinci Dünya müharibəsindən sonra isə İtaliyanın tərkibinə daxil edilib. İkinci Dünya müharibəsi zamanı şəhər Mussolininin faşist rejiminə qarşı mübarizə aparan müttəfiq qüvvələr tərəfindən bombardman nəticəsində dağıdılıb. Yalnız müharibədən sonra Zadar Xorvatiyanın tərkibində Yuqoslaviyanın bir hissəsi olub.

Çoxsaylı müharibələr və münaqişələr Dalmasiya sakinlərinin xarakterini möhkəmlədib. Təsadüfi deyil ki, xorvatlar arasında qələbə əldə etmək bacarığı olan məşhur idmançılar az deyil. Məsələn, Xorvatiya futbol yığmasının kapitanı və 2018-ci il dünya çempionatının ən yaxşı oyunçusu Luka Modriç Zadarın yetirməsidir.

Zadarın hər bir yerində tarixin izləri var. Küçələri Roma legionerlərinin ayaq səslərini xatırlayan köhnə şəhərdə qədim abidələr çoxdur. Şəhərin divarlarında Adriatikanın bu tərəfində imperator Trayanın zəfər tağı və 14 metrlik sütunu olan ən iri Roma forumunun xarabalıqları qalıb. Meydanda arxeoloji qazıntılar dayandırılıb, qalın, şəffaf şüşənin altında qədim küçənin fraqmentlərini görmək mümkündür. Antik dövrə aid çoxsaylı tapıntılar Zadarın Arxeoloji Muzeyində, həmçinin zəngin kolleksiyası ilə məşhur olan Antik Şüşə Muzeyində nümayiş etdirilir. Şəhərin görünüşünə venesiyalılar da öz töhfələrini veriblər. 1543-cü ildə tikilmiş, üzərində venesiyalı qanadlı şir və Zadarın gerbi həkk olunmuş şəhərin daş darvazaları onların idarəçiliyi dövründən xəbər verir. Mühasirə vəziyyətində su təminatı üçün tikilmiş və 1838-ci ilədək bu məqsədlə istifadə olunan 5 quyu da həmin dövrə aid edilir. Yaxınlıqda 1929-cu ildə salınmış, Xorvatiyada ilk ictimai park sayılan kraliça Yelena Madiyevka parkı yerləşir.

Venesiya Respublikasının müdafiə istehkamı - Osmanlı imperiyası qoşunlarının hücumlarından qorunmaq məqsədi ilə tikilmiş 3 kilometrlik divarlar 2017-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Zadarın maraqlı xüsusiyyəti bir də ondadır ki, şəhərin tarixi görməli məkanlarında çoxlu müasir müəssisələr - banklar, kafe, qalereya və s. yerləşir. Belə ki, ilkin orta əsrlər dövrünə aid, artıq ibadətə bağlı olan kilsədə restoran fəaliyyət göstərir. İcarədən əldə olunan vəsait isə həmin tarixi abidələrin saxlanılmasına sərf edilir.

Günəşi salamlamaq, dənizin səsi və Hiçkok

Zadarın daş döşənmiş qədim küçələri əsrlərdən bəri irəliləyən yüzlərlə insan nəsli tərəfindən sanki mərmər kimi cilalanaraq parlayır. Zəngin keçmişə söykənən Zadar şəhəri, eyni zamanda, özünün bu günü və gələcəyini qurur. Bu gün Zadar tələbə şəhəridir. Burada əsası 1396-cı ildə qoyulmuş Xorvatiyanın qocaman ali təhsil ocaqlarından biri - Zadar Universiteti yerləşir. Şəhərin dolambac küçələrində gənclik eşqi ilə dolu həyat nəbzi vurur.

Zadarın başlıca müasir görməli məkanlarından biri “Günəşi salamlamaq” adlı qeyri-adi tikilidir. Şəhərin Yeni sahilboyu küçəsindəki tikili 22 metr diametrli dairəvi şüşə sahədir və rəqs meydançasını xatırladır. Konstruksiya 300 çoxlaylı şüşə paneldən quraşdırılıb və Günəş sistemi planetlərini simvolizə edən kiçik dairələrlə əhatə olunub. Qaranlıq düşən zaman meydança işıqlanır və sayrışan müxtəlif rəngli parlaq işıqlar istirahətə gələn çoxsaylı insanları cəlb edir.

Lakin Zadarın sahilboyunda ən məşhur tikili daş üzərində oyma ustası və memar Nikolay Başiç tərəfindən 2005-ci ildə yaradılmış unikal “dəniz orqanı”dır. Burada dənizin tam kənarında ağ daşdan tikilmiş pilləkənlərin altındakı 70 metr uzunluğu olan səkidə dəlikli və boşluqda əks-səda yaradan 35 ədəd xüsusi borudan ibarət mürəkkəb sistem quraşdırılıb. Suyun hərəkəti havanı borulara itələyir, nəticədə dalğanın ölçüsündən və sürətindən asılı olaraq, ətrafa müxtəlif yüksəklikdə və uzunluqda səslər yayılır. Əlbəttə, bunu musiqi adlandırmaq çətindir. Bu, daha çox səslərin kakofoniyası olsa da, insanı qıcıqlandırmır və maraq oyadır. Hər gün Zadarın sahilboyunda oturub “dənizin səsi”nə qulaq verən yüzlərlə insanın dincəlməsini müşahidə etmək mümkündür.

İnsanların çox hissəsi sahilboyuna qürub saatlarında toplaşır. Bu zaman günəş dəniz üfüqünü parlaq rənglərə - qızılı rəngdən tutmuş tünd qırmızıyadək boyayır. Təsadüfi deyil ki, məşhur rejissor Alfred Hiçkok 1964-cü ildə bu şəhərə gəldiyi zaman dünyanın ən gözəl qürubunun məhz Zadarda olduğunu söyləyib.

Ürək formalı ada və Dalmasiya nemətləri

Zadar təbiət gözəllikləri ilə də cəlbedicidir. Şəhərin lap yaxınlığında 6 təbii milli park, əzəmətli Velebit dağı, Zrmanya çayının kanyonu və çoxsaylı mənzərəli adalar yerləşir. Zadar arxipelaqı 150, Kornatı arxipelaqı ilə birgə 300-ə yaxın adadan ibarətdir. Bunlardan 44-ü məskunlaşıb və Zadarın şəhərətrafı hesab edilir. Kiçik gəmilər kirələyib macəra axtarmaqdan ötrü Zadara gələn qonaqlar üçün adalara səfər populyar əyləncədir. Maraqlıdır ki, onlardan biri olan Qaleşnyak adası formasına görə ürəyi xatırladır. Bu səbəbə görə onu “Sevgi adası” adlandırırlar. Burada 1,5 kilometr uzunluğunda çimərlik və iki zirvə yerləşir. Bunlardan ən hündürü dəniz səviyyəsindən 36 m hündürlükdədir.

Bol təbiət nemətləri Zadarın bazarlarına çıxarılır. Burada ən çox bəyənilən ərzaqlar qoyun və keçi südündən hazırlanmış pendir, zeytun yağı, əncir, nar və mövsümi meyvələr, balıq və dəniz məhsullarıdır. Ət növlərindən daha çox qoyun əti işlənilir. Zadarlılar bayramlarda bütöv bir qoyunu şişdə bişirirlər. Şəhərdəki restoranlarda Dalmasiyanın və Aralıq dənizi bölgəsinin ənənəvi yeməklərini dadmaq mümkündür. Bu ləziz təamların hazırlanmasında yalnız təzə dəniz məhsulları, tərəvəz, ot və ədviyyatlardan istifadə olunur.

Biz isə yolumuzu davam etdirməliyik. Qarşıda bizi maraqlı təbiət zənginlikləri - Zadardan 98 kilometr uzaqlıqda yerləşən, eyniadlı çayın axınının böyük hissəsini əhatə edən Krka Milli Parkı gözləyir. Buranın əsas görməli yerləri misilsiz gözəlliyə malik yeddi şəlalədir. Onların arasında ən enlisi Roşkiy, ən hündürü və məşhuru isə Skradinski buk şəlaləsidir.

Burada, həmçinin bir neçə qədim və əhəmiyyətli mədəniyyət obyektləri var. Onların arasında kiçik etnoqrafiya muzeylərinə çevrilmiş və keçmişdə unun hansı üsulla üyüdülməsini nümayiş etdirən dəyirmanları da görmək mümkündür.

Milli Parkı gəzdikdən sonra biz mənzərəli Şibenik şəhərinə yollanacağıq. Bu şəhər çoxsaylı tarixi məkanları, o cümlədən UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş qədim yerləri ilə məşhurdur. Bunlar və bir çox digər məkanlar barədə gələn reportajımızda məlumat veriləcək.

“101 dalmasiyalı”

Dalmasiya səyahətimizin ilk məntəqəsi Zadar şəhəri oldu. “Dalmasiya” sözünü eşidər-eşitməz o dəqiqə “dalmatin” yada düşür. “Dalmatin” və ya “dalmasiyalı” it cinsi həqiqətən Xorvatiyada - Dalmasiya vilayətində yetişdirilib. Bu cins cizgi filmi və daha sonra “101 dalmasiyalı” bədii filmi çəkildikdən sonra daha da məşhurlaşdı. Hamı bu ağ-qara ləkəli məzəli itləri, onların arxasınca düşən nadir xəz məmulatı həvəskarı olan qəzəbli qadını xatırlayır. Maraqlıdır ki, xorvatlar itləri çox sevir və onları şəhər mənzillərində saxlayırlar. Olduğumuz bütün şəhərlərdə itini gəzintiyə çıxaran insanlara rast gəldik. Lakin biz bir dəfə də olsun onların “dalmatin” gəzdirdiyini görmədik. Ola bilər ki, bu cins şəhər şəraitində saxlanmağa o qədər də uyğun gəlmir. Çünki “dalmatin”lər çox fəaldırlar, xüsusi qulluq və təmiz havada uzun müddət gəzinti tələb edirlər.

Fotolar Vitali Nəzərəliyevindir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb