Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xoş və nikbin auralı müsahibə

Xoş və nikbin auralı müsahibə

Bakı, 11 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin yerli televiziya kanallarına növbəti müsahibəsi 2023-cü ilin başlanğıcında hamımızı həm nikbin və ümidli, həm də işgüzar ovqata kökləmək baxımından əlamətdar oldu. Ölkə başçısının bu müsahibəsi, eyni zamanda dövlətimiz və xalqımız üçün yaxın gələcəyə yönəlik çox vacib olan yol xəritəsi cızdı.

Müsahibə Azərbaycan rəhbərinin media ilə münasibətlərə və davamlı əməkdaşlığa, o cümlədən, ölkə jurnalistlərinin fəaliyyətinə verdiyi yüksək önəm və dəyərin növbəti təzahürüdür.

Prezidentin özünün də qeyd etdiyi kimi, o, vaxtaşırı ölkə ictimaiyyətinə müraciətlərində ayrı-ayrı mövzularla bağlı fikirlərini və mövqeyini açıqlayır. Lakin müsahibə zamanı media nümayəndələrinin ünvanladıqları sualları cavablandırarkən dövlətimizin başçısının müxtəlif məsələlər barədə daha ətraflı və detallı danışmasına, ölkə və dünya gündəmini, mövcud geosiyasi mənzərəni daha əhatəli dəyərləndirməsinə şərait yaranır. Bu dəfə də belə oldu və təsadüfi deyil ki, Prezident müsahibənin sonunda jurnalistlərə təşəkkürünü bildirərkən dedi: “Sağ olun, sizə təşəkkür edirəm. Suallarınız mənə imkan verdi ki, biz bu vacib mövzularla bağlı danışaq. Düzdür, mən tez-tez Azərbaycan ictimaiyyətinə müraciət edirəm. Hesab oluna bilər ki, bütün vacib mövzularla bağlı fikrimi bildirirəm, həmişə belə olub. Amma müsahibənin də öz formatı, öz xüsusiyyəti var. Bir çıxışda, yaxud da ki, bir neçə çıxışda bəlkə də bütün bu məsələləri əhatə etmək mümkün deyil. Çünki çıxışlar adətən bir qayda olaraq hansısa tədbirdə bir mövzuya aid olur”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin “Xoş və nikbin auralı müsahibə” sərlövhəli müsahibəsində yer alıb.

R.Məcid qeyd edib ki, ölkə rəhbərinin bu müsahibəsi öz əhatəsi və dolğun məzmunu ilə yanaşı, son dərəcə səmimi ortamda keçməsi, xoş aura, nikbin ovqat yaratması ilə də diqqət çəkdi. Prezident İlham Əliyev xalqımızı düşündürən və qayğılandıran proseslər, eləcə də xoş məzmunu ilə hər birimizi ürəkdən sevindirən, gələcəyə daha da ümidləndirən hadisələr haqqında olduqca maraqlı, təsirli açıqlamalar verdi.

İlham Əliyevin mövcud duruma ümidlə yanaşması və bunu elə müsahibənin əvvəlindəcə dilə gətirməsi bütövlükdə Azərbaycan cəmiyyətində yüksək əhval-ruhiyyə yaratdı: “Yenə də ümidliyəm və ümidimin səbəbləri var. Çünki Azərbaycanın postmüharibə dövründə göstərdiyi mövqe və beynəlxalq miqyasda əldə etdiyi uğurlar bunu deməyə əsas verir.

İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq... Və hesab edirəm ki, bu gün - artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib”.

O bildirib ki, ölkə rəhbərinin bu müsahibəsi öz əhatəsi və dolğun məzmunu ilə yanaşı, son dərəcə səmimi ortamda keçməsi, xoş aura, nikbin ovqat yaratması ilə də diqqət çəkdi. Prezident İlham Əliyev xalqımızı düşündürən və qayğılandıran proseslər, eləcə də xoş məzmunu ilə hər birimizi ürəkdən sevindirən, gələcəyə daha da ümidləndirən hadisələr haqqında olduqca maraqlı, təsirli açıqlamalar verdi.

Dövlətimizin başçısının mövcud duruma ümidlə yanaşması və bunu elə müsahibənin əvvəlindəcə dilə gətirməsi bütövlükdə Azərbaycan cəmiyyətində yüksək əhval-ruhiyyə yaratdı.

Sualları cavablandırarkən müvafiq dairələrə olduqca mühüm mesajlar ünvanlayan Prezident “müharibə bitsə də, mübarizə hələ davam edir” deməklə bərabər, müxtəlif təhdidlərə baxmayaraq, bütün bu mübarizənin sonunda yenə də bizim qalib gələcəyimizi özünəməxsus əminliklə vurğuladı.

Dövlətimizin başçısı ötən ilin avqustunda Laçının düşməndən təmizlənməsi, azad edilmiş ərazilərimizdəki bərpa-quruculuq işləri, insanlarımızın həmin yerlərə qayıdışı barədə dedikləri də xeyli təsirli və ümidlərimizi daha da artıran fikirlər kimi yadda qaldı: “Avqustun 26-da biz Laçına girdik və o unudulmaz anları, unudulmaz hissləri bir daha yaşadım. Bu, doğrudan da həm çox emosional bir gün idi, həm də qürurverici bir gün idi...

Amma onu da bildirməliyəm ki, laçınlılar, xüsusilə Laçın şəhərində yaşayan insanlar, yəqin, bir qədər ümidsiz idilər. Çünki danışıqlar zamanı, ümumiyyətlə, Ermənistan tərəfi Laçını Azərbaycana qaytarmaq haqqında heç danışmaq da istəmirdi. Əfsuslar olsun, keçmiş Minsk qrupunun həmsədrləri də hesab edirdilər ki, Laçın rayonu Ermənistana verilməlidir. Ona görə laçınlılar daha ümidsiz idilər... Amma məncə, ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq”.

Müasir dünyadakı qlobal problemlər və kəskin münaqişələr barədə fikirlərini bölüşən İlham Əliyev bütün bunların aradan qaldırılması üçün BMT və digər beynəlxalq təşkilatların hazırkı reallıqlar nəzərə alınmaqla yenidən formalaşdırılmasının vacibliyinə də olduqca ustalıqla toxundu. Sözsüz ki, Prezidentin bu barədə dedikləri İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında xüsusi nüfuz sahibi olan Azərbaycanın da mövqeyinin diqqətdən kənarda qalmamasına ciddi işarə idi.

Qərbi Azərbaycan məsələsinə davamlı diqqət ayıran İlham Əliyev bu müsahibəsində də həmin mövzuya dair mühüm fikirlər səsləndirdi. Dövlət başçısı əslində, bu məsələ ilə bağlı fəaliyyətdə də uyğun məqamın yetişməsinin vacibliyini diqqətə çatdıraraq, artıq Qərbi Azərbaycanla əlaqədar da proqram xarakterli iş aparıldığını açıqladı: “...Prinsipcə mən hesab edirəm ki, yavaş-yavaş bu mövzu ilə bağlı biz gərək öz fikirlərimizi bölüşək... Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl açılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq... Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək”.

Məmnunluq və əlavə məsuliyyət hissi doğuran bir məqam da bu oldu ki, dövlətimizin başçısı Qərbi Azərbaycan məsələsində medianın fəaliyyətinə də böyük ehtiyac duyulduğunu qeyd edərək dedi: “Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik. Əlbəttə, burada media nümayəndələrinin fəaliyyətinə böyük ehtiyac var - həm ölkə daxilində, həm xaricdə”.

Laçın-Xankəndi yolundakı ekoaksiya barədə fikirlərini açıqlayan Prezidentin bu mövzuda söylədikləri həm siyasi-ictimai əhəmiyyəti, həm də səmimiliyi və göstərdiyi təsir baxımından çox mühümdür. Oradakı fəal gənclərimizlə bağlı söylədikləri ilə dövlət başçısı həm onların fəaliyyətini yüksək qiymətləndirmiş, həm də daha artıq ruhlandırmış oldu: “İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər”.

Xalqın rifahı naminə atılan addımlar, görülən sosialyönümlü tədbirlər, gerçəkləşdirilən və ya planlaşdırılan irimiqyaslı iqtisadi layihələr, eyni zamanda, hərbi sahədəki davamlı islahatlar, ordunun ardıcıl gücləndirilməsi haqqında bu müsahibə zamanı dedikləri ilə dövlət başçısı yerli və beynəlxalq ictimaiyyətdə Azərbaycanın artan gücü və qərarlılığına dair bir qədər də aydın təsəvvür yaratdı.

Prezident İlham Əliyevin çıxış və müsahibələrinin digər bir yüksək cəhəti də ölkə rəhbərinin leksikonunun müstəsna dərəcədə zənginliyinin hər dəfə yeni nümunələrlə özünü göstərməsidir. Azərbaycan dilinin ən dərin qatlarına belə vaqif olmasından xəbər verən çeşidli kəlmələr, dilimizin alt laylarından gələn qanadlı ifadələr dövlətimizin başçısının nitqinə xüsusi, təkrarsız kolorit gətirir. Eyni zamanda, bu dəyərli elementlər onun çıxış və söhbətlərinin səmimiyyətini, təsir gücünü daha da artırır. İlham Əliyev bu kimi kəlmə və ifadələrdən qalibiyyət, sevinc və məmnunluq duyğularını xalqa çatdıranda da, dövlətimizin və millətimizin bədxahlarına qarşı qəzəb və istehzasını dilə gətirəndə də çox ustalıqla, tam yerli-yerində istifadə edir. Növbəti müsahibə də bu cəhətdən istisna olmadı. Azərbaycanın məkrli əleyhdarlarının çirkin davranışlarından, onlara hədlərinin bildirilməsindən söz açan Prezidentin bu məqamda “cılız qeybət”, “xəbərçilik”, “cükküldəşirdilər”, “sarsıdıcı şapalaq”, “bizimlə heç kim zarafat etməsin” kimi ifadələr işlətməsi olduqca uğurlu alındı.

Maraqlıdır ki, Prezident özü də leksikonunun xalqda rəğbət doğurmasından xəbərdar olduğunu gizlətmədi və suallardan birinə cavab verərkən bu barədə kifayət qədər səmimiyyətlə danışdı: “Bəli, bilirəm ki, müharibə zamanı mənim məlumatlarım səbirsizliklə xalq tərəfindən gözlənilirdi, izlənilirdi və müharibə dövründə istifadə etdiyim leksikon da bəzilərinə çox yaxın və doğma idi. Amma necə deyərlər, hər dövrün öz hökmü var, öz funksiyası var, spesifikası var. Əgər mən iki il bundan əvvəl istifadə etdiyim sözlərdən istifadə etsəm, yəqin ki, düzgün olmaz. Halbuki o sözlərin bəziləri indi dillər əzbəri olub, nəinki Azərbaycanda, hətta qonşu Türkiyədə. Mən özüm də hərdənbir o sözləri təkrar etmək istəyirəm, amma özümü güclə saxlayıram. Çünki əfsuslar olsun ki, o sözləri deməyə hələ ki, ehtiyac var. Ünvanlar bəlkə dəyişə bilər, amma sözlərin mahiyyəti və transkripsiyası dəyişməz olaraq qalmaqdadır”.

Göründüyü kimi, Azərbaycan Prezidentinin media nümayəndələri və onlar vasitəsilə də xalqla, geniş ictimaiyyətlə hər təması çox sayda parlaq məqamlarla yaddaşlara həkk olunur. İnanıram ki, bu təmaslar, bu çıxış və müsahibələr müasir tariximizi yeni-yeni uğurlu səhifələrlə zənginləşdirəcək və Azərbaycanın növbəti qələbələrinin müjdəçisi olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib