Slovakiya parlamenti Baş nazirə sui-qəsdlə əlaqədar növbədənkənar iclas çağırıb
Vyana, 15 may, AZƏRTAC
Slovakiya parlamenti Baş nazir Robert Fitsoya qarşı törədilmiş sui-qəsd hadisəsi ilə əlaqədar növbədənkənar təcili iclas çağırıb. İclasda ölkədə yaranmış fövqəladə vəziyyətlə əlaqədar növbəti addımlar müzakirə ediləcək.
AZƏRTAC xəbər verir ki, ölkənin bütün siyasi qüvvələri baş vermiş hadisəni pisləyən bəyanatlar veriblər. Eləcə də müxalifət partiyaları ictimai teleradio ilə bağlı hökumətin hazırladığı islahata qarşı təşkil olunan nümayişi təxirə salıb.
Dövlət başçısı Zuzana Çaputova isə açıqlamasında R. Fitsoya bu kritik dəqiqələrdə güc-qüvvət və tezliklə sağalmağı arzulayıb.
Qeyd edilməlidir ki, sui-qəsd hadisəsindən sonra 71 yaşlı şəxs şübhəli qismində saxlanılıb. Onun Baş nazirə atəş açdığı ehtimal olunur. Sui-qəsdin motivləri barədə isə hələlik açıqlama yoxdur.
Helikopterlə xəstəxanaya çatdırılan Baş nazirə ilkin yardım göstərilib, onun həyati vacib orqanlarının fəaliyyəti sabitləşdirilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]