Metroda sərnişinin halının pisləşməsi qatarın hərəkətində gecikməyə səbəb olub
Bakı, 15 may, AZƏRTAC
Bakı metrosunun yaşıl xətti üzrə “Nizami” stansiyasından “28 May” stansiyası istiqamətində hərəkətə başlayan qatarın maşinistinə salonda bir sərnişinin halının pisləşməsi barədə məlumat verilib və qatarın dayandırılması tələb olunub.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, maşinist qatarı təcili dayandırıb. Sərnişinlər vaqonun qapılarının “qəza-açma kranı”ndan istifadə edərək, sərnişini platformaya çıxarıblar.
Maşinist məcburi qaydada sonuncu vaqona qədər gedərək, “qəza-açma kranı”nı yerinə qaytarıb və kabinəyə dönərək hərəkəti bərpa edib.
Nəticədə, 10 dəqiqə yubanma yaranıb. Hazırda yubanmanın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Halı pisləşən xanıma "Nizami" stansiyasında dərhal ilkin yardım göstərilib və təcili tibbi yardım xidməti çağırılıb. Tibbi yardım göstərildikdən sonra o, təşəkkürünü bildirərək, yanında olan ailə üzvü ilə birlikdə yoluna davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:24]
İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb
- 17.10.2026 [13:11]
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər
- 17.10.2026 [12:40]
“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub
- 17.10.2026 [12:16]
Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub
- 17.10.2026 [11:28]
Azərbaycan nefti 116 dollara satılır
- 17.10.2026 [10:44]
Birjalarda neft bahalaşıb
- 17.10.2026 [10:42]
Qızıl və gümüş bahalaşıb
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]