İQTİSADİYYAT
Yanvarda EŞ müəssisələri üzrə ümumi ödəniş artmışdır
Bakı, 20 fevral (AZƏRTAC). Yanvarda Hacıqabul, Masallı, Yardımlı Elektrik Şəbəkəsi (EŞ) müəssisələri üzrə ümumi ödənişdə artım qeydə alınmışdır.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, Hacıqabul EŞ müəssisəsində 10 milyon kilovat-saat elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş isə ötən ayların debitor borcları da nəzərə alınmaqla 110,6 faiz təşkil etmişdir.
Masallı EŞ müəssisəsində elektrik enerjisi üzrə istehlak 12,2 milyon kilovat-saat, ödəniş 65 faiz olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,1 milyon kilovat-saat azalmış, ödəniş isə 12 faiz artmışdır.
Yardımlı EŞ müəssisəsində 1,1 milyon kilovat-saat elektrik enerjisi istehlak edilmiş, elektrik enerjisi dəyərinin təqribən 60 faizi ödənilmişdir. Bu, ötən ilin eyni dövründəkindən 5,4 faiz çoxdur.