COP29-un baş icraçı direktoru Avropa İttifaqının Azərbaycandakı səfiri ilə görüşüb
Bakı, 14 iyun, AZƏRTAC
Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə COP29 çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq və Aİ ilə ümumi əməkdaşlıq kimi məsələlər müzakirə edilib.
Aİ tərəfinə danışıqlar prosesi və fəaliyyət gündəliyi haqqında məlumat verilib, Bonn şəhərində keçirilən İqlim konfransının nəticələri müzakirə edilib və danışıqların uğurla həyata keçirilməsində bütün tərəflər kimi Aİ-nin də konstruktiv mövqeyinin əhəmiyyəti vurğulanıb.
Səfir qlobal iqlim dəyişikliyi ilə mübarizədə əsas oyunçulardan biri kimi COP29-a ev sahibliyi edən Azərbaycanın bu konfransda ən yaxşı nəticələrə nail olacağına ümid edildiyini bildirib. COP məqsədlərinin səmərəli həyata keçirilməsi üçün cari il ərzində COP29-la bağlı tədbirlərin təşkilinə dair müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:52]
Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb
- 10.08.2026 [16:44]
Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb
- 10.08.2026 [16:39]
Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb
- 10.08.2026 [16:36]
Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH
- 10.08.2026 [16:20]
Əhalinin gəlirləri 10 faizədək artıb
- 10.08.2026 [15:54]
Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb
- 10.08.2026 [15:48]