YAP ASTARA RAYON TƏŞKİLATININ NÖVBƏDƏNKƏNAR KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının növbədənkənar yeddinci konfransı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda YAP Astara rayon təşkilatının sədri Natiq İbadov hesabat məruzəsi ilə çıxış etmişdir.
O, partiya üzvlərinin rayonun ictimi-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak etdiklərini vurğulamış, partiya üzvlərinin 1200 nəfər artaraq 4800 -ə çatdığını bildirmişdir. Bu ilin payızında keçiriləcək prezident seçkilərinə hazırlıq və qarşıda duran vəzifələri diqqətə çatdıran natiq, astaralıların bu seçkidə də İlham Əliyevə səs verəcəklərini vurğulamışdır.
Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Südeyif İmamverdiyev, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov və bəşqaları çıxış edərək YAP-nın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin vətən və xalq qarşısındakı əvəzolunmaz xidmətlərini yüksək qiymətləndirmiş, böyük öndərin siyasi kursunun partiyanın sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.
Konfransda YAP-ın iyulda keçiriləcək dördüncü qurultayına 5 nəfər nümayəndə seçilmişdir.
Toplantıda Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.
Konfrasın İşində Milli Məclisin deputatı Vasif Əliyev, YAP Aparatının məsul işçisi Mirkamal Seyidov iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]