Yaponiya fond bazarının əsas indeksi son dörd ayın minimumuna enib
Tokio, 3 iyun, AZƏRTAC
İyunun 3-də Yaponiya fond bazarında səhmlərin kotirovkalarının enməsi qeydə alınıb. AZƏRTAC xəbər verir ki, fondun əsas indeksi olan “Nikkey” günü son dörd ayın minimumunda başa vurub. İnvestorların qənaətinə görə, ABŞ-ın Meksikadan ixraca yeni rüsumlar tətbiq edəcəyi barədə hədələri Çin ilə davam edən tarif müharibəsi fonunda bazar üçün növbəti təhdidə çevrilib.
Həmin gün “Nikkey” indeksi günü 20410 bəndində başa vurub ki, bu da mayın 31-də günün sonunda qeydə alınan göstəricidən 190 bənd aşağıdır. Enmə əsas ixracatçılar daxil olmaqla, çox geniş sahələri əhatə edib.
İnvestorlar vəsaitləri daha təhlükəsiz aktivlərə yönəltdiyinə görə dolların milli valyuta olan yenə münasibətdə məzənnəsi kəskin aşağı düşüb.
Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp iyunun 10-dan başlayaraq Meksikadan gələn bütün məhsullara əlavə rüsumlar tətbiq ediləcəyini bildirib. Onun sözlərinə görə, Meksika miqrantların ABŞ-a qeyri-qanuni axınının qarşısını almaq üçün kifayət qədər cəhd göstərmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]