YAPONİYA HÖKUMƏTİNİN BORCU 10 TRİLYON DOLLARA ÇATMIŞDIR
Bakı, 11 may (AZƏRTAC). Yaponiya hökumətinin borcu bu ilin martın 31-də başa çatan 2009-cu maliyyə ilinin yekunlarına görə, 9,6 trilyona bərabər olmuşdur. Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat vermişdir.
Ötən maliyyə ilində borc 396 milyard dollar artmışdır. Buna daxil olan vergilərin böhran nəticəsində azalmasını kompensasiya etmək üçün dövlət xəzinədarlıq öhdəliklərinin buraxılması əsas səbəblərdən biri olmuşdur. 2011-ci ilin martın 31-də başa çatan cari maliyyə ilinin yekunlarına görə, borcların 10,6 trilyon dollar təşkil edəcəyi gözlənilir.
Beləliklə, Yaponiyanın hər bir sakininin borcu hazırda 75 min dollardan çoxdur.