DÜNYA
Yaponiya və Avropa İttifaqı iqtisadi əməkdaşlıq barədə razılaşma üzrə mövqeləri yaxınlaşdırmağa çalışırlar
Tokio, 28 iyun, AZƏRTAC
Yaponiyanın və Avropa İttifaqının (Aİ) nümayəndə heyətlərinin başçıları iqtisadi əməkdaşlıq barədə razılaşma üzrə daha geniş anlaşmaya nail olmağa çalışırlar.
NHK telekanalının hökumətdəki mənbələrə istinadla yaydığı məlumata görə, danışıqlar zamanı dəmir yolu nəqliyyatı ilə əlaqədar məsələlərdə mühüm irəliləyişə nail olunub.
Kənd təsərrüfatı məhsulları ilə əlaqədar olaraq hər iki tərəf Avropadan pendirin ixracı məsələsində mövqeləri yaxınlaşdırmağa çalışır. Aİ rüsumların tamamilə ləğv edilməsinə çağırır. Yaponiya nümayəndə heyəti isə yalnız müəyyən pendir növləri üzrə rüsumları ləğv etməyə hazır olduğunu bildirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [22:26]
Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]