DÜNYA
Yaponiyada Hyoqo prefekturasında dəhşətli zəlzələnin 25-ci ildönümü qeyd edilir
![](/files/galleryphoto/2020/1/1200x630/1579252238542131866_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15792522385189144780_1200x630.jpg)
Tokio, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də Yaponiyanın qərbində yerləşən Hyoqo prefekturasında 6434 nəfərin ölümü ilə nəticələnən dəhşətli zəlzələnin 25-ci ildönümü qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Böyük Hanşin-Avazi adı almış zəlzələ 1995-ci il yanvarın 17-də baş verib.
Təbii fəlakətin 25-ci ildönümü ilə əlaqədar prefekturanın mərkəzi şəhəri olan Kobedəki Hiqaşiyuençi parkında bambuk ağacından fənərlər quraşdırılıb. Həmin fənərlər 1 və 17 rəqəmlərini, həmçinin yapon dilində “Kizamu” (“Xatirə”) sözünü əks etdirib.
Şəhərin müxtəlif yerlərində keçirilən anım tədbirlərinə vəliəhd-şahzadə Akişino və onun həyat yoldaşı şahzadə Kiko da qatılıblar.
Mərasim iştirakçıları həmin parkda ucaldılmış və üzərində zəlzələ zamanı həlak olanların adları həkk olunmuş abidənin önünə çiçək dəstələri düzüblər.
Böyük Hanşin-Avazi zəlzələsinin episentri Yapon dənizindəki Avazi adasının şimalında olsa da, əsas zərbə sahildə yerləşən Kobe şəhərinə dəyib. Yeraltı təkanlar səhər tezdən, sübh saatlarında insanlar hələ yataqda olarkən baş verib. Zəlzələ nəticəsində 40 minədək insan yaralanıb, 640 min evə xəsarət dəyib ki, onların da təqribən 100 mini tamamilə dağılıb.
İnsanların daha çox həlak olmasının əsas səbəbi kimi həmin vaxt hələ də istifadə edilən köhnə taxta evlər göstərilir. Məhz bu zəlzələdən sonra Yaponiyada seysmik baxımdan təhlükəsiz evlərin inşa olunmasına başlanıldığı qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [19:24]
Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir
- 28.06.2024 [18:01]
Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib
- 28.06.2024 [17:10]
BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək
- 28.06.2024 [16:45]
Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq
- 28.06.2024 [16:32]
Qazaxıstanda ən böyük İES-də qəza baş verib
- 28.06.2024 [15:35]
Şahzadə Anna xəstəxanadan evə buraxılıb
- 28.06.2024 [15:03]
Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib
- 28.06.2024 [14:53]