Yaponiyanın Hokkaydo adasında 5,4 bal gücündə zəlzələ olub
Tokio, 14 aprel, AZƏRTAC
Aprelin 14-də səhər saatlarında Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında 5,4 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 4 radələrində qeydə alınıb. Zəlzələnin ocağı Nemuro yarımadasının yaxınlığında, 53 kilometr dərinlikdə yerləşib.
Hokkaydo adasında yerləşən Nakaşibetsu şəhərində zəlzələnin gücü 7 ballıq Yaponiya seysmik intensivlik cədvəlinə görə 5 bal, Nemuro şəhərində isə 4 bal gücündə hiss olunub.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]