YARDIMLIDA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇiRiLMiŞDiR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyunun 14-də Yardımlı rayon icra hakimiyyətində 15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş toplantı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə qəsəbədəki Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Yığıncaqda rayon icra hakimiyyəti başçısının müavini Sücaət İbişovun milli qurtuluş günü ilə bağlı məruzə etmişdir.
Toplantıda çıxış edənlər ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında əldə olunmuş uğurlardan danışmış, bu ilin payızında ölkəmizdə keçiriləcək prezident seçkisində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verəcəklərini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]