CƏMİYYƏT
“Yaxşıların yaxşısı–2011” mükafatının təqdimetmə mərasimi keçirilmişdir
Bakı, 20 dekabr (AZƏRTAC). Dekabrın 20-də “Kempinski Badamdar” Hotelində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən cari ilin yekunlarına dair “Yaxşıların yaxşısı-2011” mükafatının təqdimetmə mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra açıq elan olunmuşdur.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev və Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova cari ilin Baş İdarə üçün uğurlu olduğunu demişlər. Bildirmişlər ki, Azərbaycanda gənclər sahəsində geridə qoyduğumuz ildə böyük uğurlar əldə olunmuş, ölkəmiz 40 mötəbər turnirə ev sahibliyi etmiş və idmançılarımız 700-dən çox medal qazanmışlar. Natiqlər ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Sonra il ərzində gənclər və idman sahəsində fərqlənmiş bir qrup fəal gənc, idmançılar, qeyri-hökumət təşkilatları, tələbə gənclər təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri, rayon Gənclər və İdman İdarələri, federasiyalar “Yaxşıların yaxşısı-2011” mükafatı və diplomları ilə təltif olunmuşlar.
Tədbir konsert proqramı ilə davam etmişdir.